İSTİFADƏÇİ RAZILAŞMASI
1. Ümumi şərtlər
1.1. Bu Razılaşma BHB Strategic Media Agency tərəfindən istifadə şərtlərini müəyyən edir.
1.2. BHB Strategic Media Agency tərəfindən internet şəbəkəsində https://ipoteka.az ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt) müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır. Saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.
1.2.1. Administrasiya - saytın inzibatçılığını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş BHB Strategic Media Agency həyata keçirir. Sayta dair bütün mülkiyyət hüquqları müstəsna olaraq BHB Strategic Media Agency şirkətinə aiddir.
1.2.2. İstifadəçi - razılaşma şərtlərini qəbul etmiş və saytın xidmətlərindən istifadə edən istənilən fiziki və hüquq səlahiyyəti olan şəxsdir.
1.2.3. Şəxsi kabinet - bu, İstifadəçi tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur.
1.2.4. İstifadəçinin şəxsi informasiyası - İstifadəçi haqqında məlumatlar və ya məlumatlar məcmusudur. Bura İstifadəçi özü haqqında təqdim etdiyi şəxsi məlumatları, saytdan istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, cookie-dən informasiya, istifadəçinin brauzeri daxildir.
1.2.5. İnformasiya - Saytda İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.
1.2.6. Razılaşmanın tərəfləri - Administrasiya və İstifadəçidir.
1.3. Saytın xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin hazırkı Razılaşma ilə tənzimlənir.
1.4. Hazırkı Razılaşma əsas şərtləri özündə əks etdirən formal təklifdir.
1.5. Saytın xidmətlərindən istifadə edərək, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və Saytın istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.
1.6. Şirkət adından Saytdan istifadə halında belə, şirkət hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir.
1.7. Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.
1.8. İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o, Sayta girişdən imtina etməli və xidmətlərdən istifadəni dayandırmalıdır.
1.9. Bununla Administrasiya İstifadəçilərə Saytın xidmətlərindən istifadə etməklə elanların yerləşdirilməsi və axtarışı üzrə xidmətləri təklif edir.
1.10. Başqa xidmətlərin göstərilməsi xüsusi qaydalarla və ya razılaşmalarla tənzimlənə bilər.
1.11. İstifadəçi o haqda müddəanı qəbul edir ki, Saytın bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Administrasiya reklamın mətninə və məzmununa görə hər hansı məsuliyyət daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.
1.12. Saytda qeydiyyat könüllüdür. Saytda qeydiyyat halında İstifadəçi Saytın əlavə xidmətlərinə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.
1.13. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi hesabında yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Saytın xidmətlərindən yalnız öz şəxsi elektron ünvandan və paroldan yararlanmaqla istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi hesabına icazəsiz daxil olunması haqqında şübhələnməyə əsasları varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.
1.14. Administrasiya İstifadəçilər tərəfindən qeydiyyat və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.
1.15. Administrasiya zəmanət verə bilməz ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir, Saytda qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.
1.16. İstifadəçiyə bunun üçün Saytda olan alətlərdən istifadə edərək mümkün tərəflərlə ünsiyyət saxlamaq tövsiyə olunur.
1.17. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.
1.18. İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması halında, Sayt İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
1.19. İstifadəçi, hansının ki, xidmətlərə girişi dayandırılmışdır və ya hansının ki, məlumatları etibarsızdır, Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Sayta və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
2. Saytdan istifadə. Elanların yerləşdirilməsi
2.1. Administrasiya xüsusi formanı doldurandan sonra bütün qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş İstifadəçilərə Saytda elanları yerləşdirmək hüququnu verir.
2.2. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normalarının pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və ya yanaşı hüquqlar sahəsində, həmçinin Saytın normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməməyə razılaşır.
2.3. Əmlaklar barəsində bütün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Administrasiya Sayt vasitəsi ilə İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və ya vasitəçisi deyildir. Administrasiya belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
2.4. İstifadəçinin Saytdakı şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə ziddiyyət təşkil etməməlidir.
2.5. Administrasiya onun tərəfindən Saytda yerləşdirilmiş və xarici resurslara girişi özündə əks etdirən keçidlərə və ondan istifadəyə görə məsuliyyət daşımır. Administrasiya elanların məzmununa, başqa resurslara istinadlara və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.
2.6. İstifadəçi tərəfindən verilmiş elanları, məlumatları və informasiyanı dərc etmək hüququnun Administrasiya tərəfindən alınması məqsədi ilə İstifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir. Yuxarıda sadalanmış hüquqlar Administrasiyaya pulsuz verilir. İstifadəçi Saytın bütün İstifadəçilərinə özü tərəfindən yerləşdirilmiş informasiyaya giriş hüququ verir. Əlavə olaraq, İstifadəçi Saytda özü tərəfindən yerləşdirilmiş materiallara istənilən intellektual mülkiyyət hüquqlarına malikdir.
2.7. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sayt məsuliyyət daşımır.
2.8. Saytın istifadəçisi Saytın təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi, Əmlak və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş Əmlak haqqında informasiyanı yoxlamalı, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli, tamamlamalıdır.
2.9. Əmlak barədə elanı yerləşdirərək İstifadəçi təsdiq edir ki, o elanda qeyd edilmiş göstəriciləri həyata keçirmək hüququna malikdir.
2.10. İstifadəçi təsdiq edir ki, informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.
2.11. Sayt stifadəçidən yerləşdirilmiş Əmlak haqqında əlavə məlumatı və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Sayt belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər elanın yayımını dayandırmaq hüququna malikdir.
2.12. Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün, Sayt İstifadəçinin Saytdakı aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Saytda İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
2.13. Elanda Əmlakın İstifadəçi tərəfindən göstərilmiş təsviri bu Əmlakın satışı şərtlərini təşkil edir.
2.14. Elanda göstərilmiş yayım şərtləri və ya satış şərtləri, Əmlakın təsviri, həmçinin elanın başqa şərtləri, həm elanın yerləşdirilməsi vaxtı, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Əgər elanın hər hansı şərti qüvvədə olan qanunvericiliyə və ya hazırkı Razılaşmaya dəyişikliklərin daxil etməsi nəticəsində qanunvericiliyə və ya hazırkı Razılaşmaya uyğun deyilsə, belə şərtlər və ya belə elan İstifadəçi tərəfindən dəyişdirilməli, uyğunsuzluqlar aradan qaldırılmalıdır. Dəyişikliklərin qeyri-mümkünlüyü halında, elan İstifadəçi tərəfindən silinməlidir. Hazırkı bənddə göstərilmiş hadisələrin yaranması vaxtı Administrasiya belə elanların redaktəsi və ya silinməsi üzrə hərəkətləri İstifadəçinin ilkin xəbərdarlığı olmadan həyata keçirmək hüququnu özündə saxlayır.
2.15. Saytda o elanlar qadağan edilir ki, nəşri qüvvədə olan qanunvericiliyi pozur, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına ziddir, təhqiredicidir və ya yersizdir, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozur. İstifadəçi əmin olmalıdır ki, təklif qüvvədə olan qanunvericilik və hazırkı Razılaşmanın şərtlərini pozmur.
2.16. Pullu xidmətlərdən istifadə zəmanət vermir ki, elan hazırkı Razılaşmanın pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacaq. Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vasitələri qaytarılmır.
2.17. Elanda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.
2.18. İstifadəçi verilən xidmətləri dəstəkləməməyi və haqqında informasiyanı yaymamağı öhdəsinə götürür:2.18.1. başqa ticarət sahələri, internet-hərracları və ya internet mağazaları tərəfindən;
2.18.2. Ssaytda həmin və ya daha az ödənişlə təqdim edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər tərəfindən;
2.18.3. Saytda satışı qadağan edilmiş malları və xidmətləri təklif edən başqa xidmətlər tərəfindən.
2.19. İstifadəçi Administrasiyanın yazılı icazəsi olmadan Sayta girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadə elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır.
2.20. Bundan başqa, İstifadəçi öhdəsinə götürür:
2.20.1. Saytın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;
2.20.2. Administrasiyanın ilkin yazılı icazəsi olmadan Saytda olanı istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;
2.20.3. Sayta girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Saytın işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;
2.21. İstifadəçi tərəfindən Saytda bu hərəkətlər olmamalıdır:
2.21.1. yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;
2.21.2. dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma;
2.21.3. oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparma;
2.21.4. üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;
2.21.5. özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;2.21.6. özündə kimə qarşı olursa olsun böhtan və ya təhdidləri saxlama;
2.21.7. cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;
2.21.8. imkan yaratmaq, dəstəkləmək və ya terror və ekstremist fəaliyyətə çağırmaq;
2.21.9. ədəbsizlik, və ya pornoqrafiya xarakterini daşımaq;
2.21.10. özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Saytın məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;
2.21.11. özündə reklam xarakterli materialları saxlamaq;
2.21.12. üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq;
2.21.13. qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.
2.22. İstifadəçiyə Saytın xidmətlərindən istifadə etməklə sazişlər bağlamaq və ya icra qadağan edilir.2.23. Administrasiya Saytda barəsində elan yerləşdirilmiş Əmlakı, belə Əmlak barəsində elan verilməsi zamanı İstifadəçi tərəfindən göstərilmiş fərqlənən üsulla, reklam etmək hüququna malikdir.
2.24. Administrasiya istənilən elanın Saytdan asılı və ya müstəqil səbəblərdən yayım müddətini və yerini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna malikdir.
2.25. Administrasiya istənilən vaxt istənilən elanın nümayişini, hazırkı Razılaşmada söylənmiş qaydaları pozan səbəblərdən, həmçinin də başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən, dayandırmaq hüququna malikdir.2.26. Administrasiya elanları redaktə etmək, onları başqa bölmələrə keçirmək, həmçinin İstifadəçilərin elanları ilə istənilən başqa hərəkətləri etmək hüququna malikdir.
2.27. Administrasiya elanların yerləşdirilməsindən imtina etmək hüququna malikdir.
2.28. Elanın rəsmiləşdirilməsinə dair tələblərlə (Saytda elanların yerləşdirilməsi qaydaları ilə) bu keçidə daxil olaraq tanış ola bilərsiniz.
2.29. İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.
3. Pullu xidmətlər
3.1. İstifadəçilər Saytda pullu xidmətləri sifariş edə bilərlər.
3.2. Pullu xidmətlərin növləri:
3.2.1. Premium
3.2.2. Ödənişli elan
3.3. Xidmətlərə qiymətlər, həmçinin pullu xidmətlərin sifariş qaydası Saytın müvafiq səhifələrində göstərilmişdir.
3.4. Saytın xidmətlərini ödəmiş İstifadəçi vəsaitələrin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir. Pul vəsaitələrinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qaydada Administrasiya tərəfindən qəbul edilir.
3.5. Administrasiya pul vəsaitlərinin İstifadəçiyə qaytarılmasında imtina etməkdə bu hallarda haqlıdır, əgər:
3.5.1. İstifadəçi hazırkı Razılaşmanın şərtlərini müntəzəm pozur.
3.5.2. Əgər xidmət aktivləşdirilmişdir və ya elan moderasiyadan sonra silinmişdir.
3.5.3. İstifadəçi qadağan edilmiş mallar, xidmətlər və təkliflər haqqında elan yerləşdirmişdir.
3.5.4. Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında. Sayt İstifadəçilər vasitəsilə Sayt xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır. Pul vəsaitələrinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.
3.5.5. Digər hallarda Administrasiyanın qərarı üzrə.
3.6. Pul vəsaitlərinin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.
4. Kommunikasiya
4.1. Administrasiya İstifadəçilərə onlar tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktublar və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Saytın mesajları Saytda dərc edilə bilər.
4.2. Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublar və mesajlarda başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər, təkliflər, başqa informasiya və ya reklam xarakterli mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və ya onların ayrı-ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.
4.3. Saytda dərc edilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
4.4. Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və ya Saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
4.5. Administrasiya başqa İstifadəçilər və ya robotlar tərəfindən Saytın səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
4.6. İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
4.7. İstifadəçinin Administrasiya və ya Saytın moderatorları ilə yazışması ünvanı Saytda göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
4.8. İstifadəçiyə Saytda moderatorların və Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
4.9. İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
5. Proqram təminatı
5.1. Administrasiya saytın yerləşdirildiyi domen adının, saytın özünün, mobil əlavələrin, həmçinin Ssaytın bütün proqram təminatının xüsusi sahibkarıdır.
5.2. Proqram təminatının yükləməsi zamanı Administrasiya İstifadəçiyə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan, şəxsi, pulsuz adi lisenziya verir.
5.3. Saytın funksiyalarına əsasən, belə lisenziya istisna olaraq İstifadəçiyə Saytın xidmətlərindən istifadə imkanının verilməsi və onlardan xeyirlərin alınması üçün nəzərdə tutulmuşdur.
5.4. (Saytın) Administrasiyanın (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.
6. Məsuliyyətin məhdudlaşdırılması
6.1. Saytda stifadəçi tərəfindən göstərilmiş bütün informasiya (o cümlədən şəxsi məlumatlar), İstifadəçi tərəfindən onun Əmlakının satılması (realizasiyası) üçün yerləşdirilir.
6.2. İstifadəçi özü haqqında bu və ya digər informasiyanı, ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.
6.3. Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Saytda açıq girişdə yerləşdirilir, yəni tanış olmaq üçün istənilən müştəriyə və ya Saytın İstifadəçilərinə açıq olur.
6.4. İstifadəçi informasiyanın belə yerləşdirilməsi ilə bağlı bütün riskləri anlayır və özünə qəbul edir, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və ya SMS dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər.
6.5. Sayt Əmlak barəsində sazişlərin təşkilatçısı, vasitəçisi, alıcısı və ya satıcısı deyildir.
6.6. Sayt İstifadəçilər tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməllərinin nəticəsinə görə məsuliyyət daşımır.
6.7. Saytın xidmətlərindən istifadə edib, İstifadəçi onunla öz razılığını təsdiqləyir ki, o, Saytdan məsuliyyəti öz üzərinə götürərək istifadə edir, Saytda yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.
6.8. Sayt İstifadəçilərə realizasiyası (satışı) və ya əldə edilməsi qanunla, hazırkı Razılaşma ilə və Saytdan istifadənin başqa qaydalarla icazə verilmiş Əmlaklar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.
6.9. Sayt İstifadəçilər tərəfindən yerləşdirilmiş elanları həmişə yoxlamır, nəticədə, keyfiyyət, təhlükəsizlik, qanunilik və əmlakın onun təsvirinə uyğunluğu, həmçinin də satıcının əmlakı satmaq və alıcısının əldə etmək imkanı Xidmətin nəzarətindən kənardadır.
6.10. Sayt İstifadəçilər tərəfindən elanlarda yerləşdirilən informasiyanın etibarlılığına nəzarət edə bilmir.
6.11. Sayt, onun Administrasiyası, rəhbərlik və əməkdaşları, Saytda yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.
6.12. Administrasiya, onun rəhbərliyi və əməkdaşları, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə heç bir məsuliyyət daşımır.
6.13. İstifadəçi anlayır ki, Saytda elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki, hər hansı malın təklifi, satılması və ya əldə edilməsi həqiqidir və qanunidir. Sazişin həyata keçirilməsi haqqında qərarı İstifadəçi sərbəst olaraq qəbul edir.
6.14. Qanunvericiliklə icazə verilmiş dərəcədə, Saytın istənilən iddialar üzrə ümumi məsuliyyəti İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəsinə görə və ya (Saytın mülahizəsinə görə) bu xidmətlərin İstifadəçiyə təkrar verilməsi ilə ödənmiş məbləğ ilə məhdudlaşdırılır.
6.15. İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və ya Saytın müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Administrasiyanı cəlb etmədən sərbəst həll edir.
6.16. Administrasiya Saytın xidmətlərinə üçüncü şəxslərin Administrasiyanın razılığı (icazəsi) və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və ya İstifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədən şəxsi məlumatlar) məsuliyyət daşımır.
6.17. İstifadəçi onunla razıdır ki, Administrasiya İstifadəçi qarşısında Saytın istənilən məzmunu ilə bağlı və ya İstifadəçi tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, Saytda mümkün olan mallarla və ya xidmətlərlə və ya İstifadəçinin Saytda yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələrə görə məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
6.18. Administrasiya Sayta ötürülə bilən və ya Sayt vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
6.19. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Saytdan və Saytın xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.
6.20. Saytın İstifadəçisinin başqa İstifadəçisi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət, obyektinin qanunsuz istifadəsi və sair), İstifadəçi müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlara müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması barədə tədbirlər görməyi öhdəsinə götürür.
7. İstifadə qaydalarının hərəkət müddəti
7.1. Hazırkı razılaşma İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəyə başladığı anından qüvvəyə minir, Saytda İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq müddətsiz qüvvədədir.
7.2. İstifadəçi istənilən vaxt özünün Saytın xidmətlərindən istifadəsini dayandırmaq hüququna malikdir. Bundan sonra İstifadəçi yeni Elanları yerləşdirmək hüququna malik deyildir.
7.3. Sayt şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Sayta giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
8. Digər şərtlər
8.1. Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Sayt xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
8.2. Bütün mübahisələrə dair Azərbaycanın qanunvericiliyi tətbiq edilir.
8.3. Sayt birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Saytda dərc edilməsi tarixindən qüvvəyə minir.
8.4. Razılaşmada heç nə İstifadəçi və Administrasiya arasında agent münasibətlərinin, yoldaşlıq münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlər, şəxsi işəgötürmənin münasibətlərinin və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.
8.5. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.
8.6. Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
8.7. Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.