İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:
- Kredit üçün müraciət - İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsi ilə verilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır.
- Kreditin anderraytinqi - bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyyətinin, həmçinin ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir. Nəticədə, müvəkkil bank kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.
- İpoteka kreditinin rəsmiləşdirilməsi - bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar dövlət qeydiyatına alınır.
- Kreditin verilməsi.
- Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.