Ölən şəxsin mülkiyyətində olan torpaq sahəsi hansı halda dövlətin balansına keçəcək?

19.05.2025

Ölən şəxsin mülkiyyətində olan torpaq sahəsi bütün vərəsələr ondan imtina etdikdən olsa dövlətin balansına keçə biləcək.

Bu, Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə görə, mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan torpaq dövlətə keçir. Əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olubsa, həmin müəssisənin mülkiyyətinə keçir.

Layihəyə əsasən, qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr mirasdan imtina edibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan torpaq dövlətə keçir. əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olubsa, həmin müəssisənin mülkiyyətinə keçəcək.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.