Azərbaycanda güzəştli ipoteka kreditinin verilməsi qaydası dəyişib

24.11.2022

Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Vətən Müharibəsi Qəhrəmanlarına, onların həyat yoldaşlarına və övladlarına güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etmək hüququ anlayışı dəqiqləşdirilib.