Bari Tower yaşayış kompleksi
2 100 AZN/m²-dən
Bazar Ertəsi-Cümə günü: 09.00-18.00
Bu kompleks nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır!!!
  • 1 korpus
  • 1 blok
  • 2 lift blokda
  • 20 mərtəbə
  • 84 mənzil
  • 5 mənzil mərtəbədə

Daxili kredit
İllik: 0%
Ay: 16
Ilkin ödəniş: 30%
Ödəniş qrafiki: Aylıq


Bari Tower yaşayış kompleksi – şəhərin sürətlə inkişaf edən rayonunda yerləşən, müxtəlif planlaşdırmalı geniş mənzilləri olan müasir yüksək mərtəbəli binadır. 


Yerləşdiyi yer
Bari Tower yaşayış kompleksi Bakıda Ağ şəhər mikrorayonunun ərazisində iri sənaye zonalarından və səs-küylü avtomobil yollarından kənarda yerləşir. Dəniz sahilinə bir kilometrdən az məsafə var, bakı meriyası yeni tikilidən yeddi kilometr məsafədə yerləşir.

Ətraf mühit
Sosial-məişət təyinatlı bir çox obyektlər kompleksdən kifayət qədər uzaqda yerləşir. On beş dəqiqəlik piyada yolu məsafəsində böyük ticarət mərkəzi yerləşir. Təxminən belə bir məsafədə də 58 sayiı orta məktəb və lisey yerləşir. Bakı fransız liseyinə qədər kilometrdən artıq məsafə var, 88 saylı yaxın uşaq bağçası yarım saatlıq piyada yolu məsafəsində yerləşir.

Nəqliyyatı haqqında
İctimai nəqliyyat hərəkəti Nobel prospekti üzrə təşkil olunub – dayanacağa qədər təxminən, 600 metrdir. Bir kilometr məsafədə daha bir avtobus dayanacağı vardır. Yeni kompleksin ətrafında minimal intervalı altı dəqiqə olan altı avtobus marşrutlarının hərəkəti təşkil olunub. Bir kilometr yarım məsafədə dəmir yoiu stansiyası var.

Memarlıq
"Bari Tower" yaşayış kompleksi – bu bölgə üçün qəbul edilmiş zəruri şərtlərə əsasən konstruksiyanın yüksək zəlzələ davamlılığını təmin edən dəmir-beton monolit çərçivəsi olan bir blok ilə iyirmimərtəbəli binadan ibarətdir.

Evin divarları yaxşı səs və istilik izolyasiya xüsusiyyətləri olan qırmızı boş isti keramika blokdan tikilir. Xarici divarları əlavə olaraq ekoloji cəhətdən təhlükəsiz, uzunmüddətli istilik izolyasiyası oiunur və venyilyasiya olunan panellər ilə üzlənmişdir.

Layihə metal brmaqlıqlarla qoruyucu çitleri olan şüşələnməmiş açıq eyvanların mövcudluğunu nəzərdə tutur. Pəncərələrin bir hissəsinin panoram şüşələnməsi həyata keçirilir. Metal-plastik çox kameralı profildən hazırlanan pəncərə blokları enerjiyə qənaət edən ikiqat şüşələrlə şüşələnir.

Çoxmənzilli yüksək mərtəbəli binada səssiz sürətli liftlər – bir yük və iki sərnişin liftləri quraşdırılır. Həmçinin yeni bina əlavə generator ilə fövqəladə elektrik enerjisi sistemi, domofonlar, yanğından mühafizə sistemi ilə təchiz olunur.

Daxili ərazisində
"Bari Tower" kompleksinin hələ axıra qədər infrastrukturunun formalaşmadığı rayonda yüksək keyfiyyətli həyat tərzini təmin edən sosial-məişət təyinatlı öz obyektləri var. İkimərtəbəli tikilmiş əlavə binalarda müxtəlif mağazalar, kafe, restoran, xidmət müəssisələri və gözəllik salonu yerləşdirilməsi planlaşdırılır.

Tikinti şirkəti evin yanında geniş rahat avtomobil və piyada yolları çəkir, dekorativ bitkilər və ağaclar əkir, ot örtükləri və gül ləkləri salır.

Yeraltı parkinq yaradılır, avtomobil nəqliyyatının müvəqqəti dayanacağı üçün yerlər təşkil olunur. Uşaq oyun zonası və istirahət zonası qurulur, küçə işıqlandırma cihazları quraşdırılır. Kompleksin ərazisi kənar şəxslər üçün qapalıdır və mühafizə altındadır, gecə-gündüz video-müşahidə sistemi quraşdırılmışdır.

Yaşayış fondu
Mənzillərin satışının həyata keçirildiyi qiymətə peyk televiziyası və yüksək sürətli internet bağlantısı daxildir. Mənzillər qazla, isti və soyuq su, istilik, həm də elektrik enerjisi ilə təmin edilir. Sahəsi 60- 360 m2 olan mənzillər almaq olar, iki, üç, dörd və beş otaqlı planlaşdırması olan erqonomik mənzillər mövcuddur. Tavanların hündürlüyü 3,3 metr təşkil edir.

Hissə-hissə ödəmə və ya ipoteka ilə mənzil almaq haqqında məlumatı şirkətin ofisini və ya layihənin rəsmi saytını ziyarət edərək öyrənmək olar.

Tikinti şirkəti
"Bari Tower" yaşayış kompleksinin tikintisini 2011-ci ildə əsası qoyulan "Baku White City" şirkəti aparır. Təşkilat Azərbaycanın paytaxtında yaşayış komplekslərinin inşası ilə məşğul olur və onun hesabında otuzdan artıq həyata keçirilən layihələr vardır.

+994 55 210 XX XX
+994 55 225 XX XX
Ağ şəhər, Yavər Əliyev küçəsi, 22/4
Təhvil verilib

Daxili kredit kalkulyatoru

Aylıq ödəniş:
0 AZN
Bari Tower yaşayış kompleksi
2 Otaq
62.00 m²

130 200 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş39 060.00 AZN
  • Aylıq ödəniş5 696.25 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan1
  • Sanitar qovşağı1
3 Otaq
157.00 m²

329 700 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş98 910.00 AZN
  • Aylıq ödəniş14 424.38 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan2
  • Sanitar qovşağı1
4 Otaq
184.00 m²

386 400 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş115 920.00 AZN
  • Aylıq ödəniş16 905.00 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan2
  • Sanitar qovşağı2
5 Otaq
220.00 m²

462 000 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş138 600.00 AZN
  • Aylıq ödəniş20 212.50 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan2
  • Sanitar qovşağı3
2 Otaq
62.00 m²

130 200 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş39 060.00 AZN
  • Aylıq ödəniş5 696.25 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan1
  • Sanitar qovşağı1
3 Otaq
157.00 m²

329 700 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş98 910.00 AZN
  • Aylıq ödəniş14 424.38 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan2
  • Sanitar qovşağı1
4 Otaq
184.00 m²

386 400 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş115 920.00 AZN
  • Aylıq ödəniş16 905.00 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan2
  • Sanitar qovşağı2
5 Otaq
220.00 m²

462 000 AZN-dən
2 100 AZN/m²-dən
  • İlkin ödəniş138 600.00 AZN
  • Aylıq ödəniş20 212.50 AZN
  • Kredit müddəti1 il / 4 ay
  • TəmirTəmirsiz
  • Eyvan2
  • Sanitar qovşağı3