Yaşayış kompleksi «Melissa Park»
1 270 AZN/m²-dən
Bazar ertəsi-Bazar: 09.00-19.00
Eleqant görünüşü ilə göz oxşayan “Melissa Park” yaşayış kompleksi “Melissa Group”-un Bakı şəhərindəki ən irimiqyaslı layihəsidir.
  • 13 korpus
  • 22 blok
  • 3 lift blokda
  • 17-20 mərtəbə
  • 3-5 mərtəbəli parkinq
  • 3500 mənzil

Harada yerləşir?
Yeni tikili Yasamal rayonunda, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəlləsində inşa olunmuşdur. Bakının ən çox istifadə olunanəsas yolları (Tbilisi prospekti, Zərdabi prospekti və Salamzadə küçəsi istiqamətində giriş-çıxışları mövcuddur)ilə əhatə olunan yaşayış kompleksi“20 Yanvar” metro stansiyasından cəmi 300 metr məsafədədir.


Yaxınlığında nə yerləşir?
Mənzil seçərkən nəzərə alınması ən vacib olan nüans ətraf mühitdir. Burada önəmli olan yalnız havanın təmizliyi deyil, eləcə də ətrafdakı iaşə obyektləridir. Bu faktoru nəzərə alaraq, Melissa Park şəhərin tibbi xidmət sektorunun yüksək inkişaf etdiyi hissəsində inşa edilmişdir. Yeni tikilinin yaxınlığında yerləşən təhsil müəssisələrinin Bakı Biznes Universiteti, Tibb Kolleci, A. Əliyev adına 2 saylı Həkimlərin İxtisaslaşdırma İnstitutunun da kompleksə yaxınlığı gənclər üçün olduqca əhəmiyyətlidir. Kompleksin həm 286 və 159 saylı məktəblərə, həm də “Cahan”Uşaq Bağçasına yaxın olması övladlarınızın məktəbə və ya bağçaya uzaq yol getməsinin verdiyi narahatçılıq hissini aradan qaldıracaqdır. “Bravo”, “Araz”, “Neptun” və digər ticarət obyektlərinə yaxınlıq sizə uzağa getmədən aylıq ev bazarlığınızı etməyə imkan yaradır. Yaxınlıqda yerləşən Mirqasımova adına Respublika Klinik Xəstəxanası, Respublika Onkoloji Mərkəzi, Topçubaşova adına Elmi-Cərrahiyyə Mərkəzi, Uşaq xəstəxanası və N. Tusi adına Klinika vətəndaşlara xidmət göstərir.

Tikilinin memarlığı
“Melissa Park” 20 mərtəbəli 13 binadan ibarət olan 22 bloklu yaşayış kompleksidir. Binaların xarici fasadında müasir memarlığın tələblərinə cavab verən, eləcə də mənzillərin qışda isti, yayda sərin olmasını təmin edən alman texnologiyası əsasında hazırlanan daş yun materialından istifadə olunmuşdur.


Ərazinin abadlıq işləri
Təxminən 70% həyətyanı sahəsi olan “Melissa Park”-da ailəniz, qonşularınız və ya dostlarınızla əla vaxt keçirəcək, idmanla məşğul ola biləcək və uşaqlarınızın oyun meydançasında əylənməsini seyr edəcəksiniz.


Öz infrastruktur obyektləri:

•Yeraltı parkinq;
•Uşaq bağçası;
•Hipermarket;
•Kafe və restoran;
•Fitness-mərkəzi, Spa.


Kompleks ərazisində (yeraltı qaraj daxil olmaqla) sakinlərin güvəni və təhlükəsizliyi üçün konsyerj xidməti və mühafizə agentliyinin mütəxəssisləri fəaliyyət göstərir. Videomüşahidə sistemi sayəsində isə sakinlər arzuolunmaz hadisələr zamanı heç bir narahatçılıq hissi keçirməyəcəkdir.


Mənzillər haqqında
Alıcılara müxtəlif formatlı mənzillər (sahəsi 27 kv.m-dən başlayan smartvə ya 43-102 kv.m olan 1, 2 və 3 otaqlı mənzillər) təklif olunur. Planlaşdırmalar bir neçə variantda təqdim olunmuşdur.
İnsanların müzakirə olunmaz zövq müxtəlifliklərini nəzərə alaraq, mənzillər alıcılara seçə biləcəyi iki növ təmirlə təklif olunur: klassik və modern stilində. Əlavə olaraq, təmirsiz mənzil almaq imkanı da vardır. Təmir nümunələri ilə “Melissa Group”-un rəsmi veb saytından tanış olmaq mümkündür.
“Melissa Group” sizlərə illərdir xəyalını qurduğunuz rahat və dəbdəbəli binalarda mənzil sahibi olmağı əlverişli şərtlərlə daha da əlçatan edir. Belə ki, siz mənzilləri nağdvə ya 20 illik ipoteka şərtləri ilə əldə edə bilərsiniz.
Layihə haqqında daha ətraflı məlumat üçün elə bu saniyə şirkətin rəsmi saytına keçid edə bilərsiniz.

*3939
+994 50 240 XX XX
Yasamal r. , Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə
Təhvil verilib

Daxili kredit kalkulyatoru

Aylıq ödəniş:
0 AZN