Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Kaspi liseyinin yaxınlığında yerləşən yeni tikili 11 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 126 kv/m olan qanuni 3 otaqlı, ideal təmirli mənzil satışdadır. Mənzilin sənədi kupça (çıxarış)dır və ipotekaya tam yararlıdır.
Mənzil 1 geniş qonaq otağı, 2 yataq otağı, 1 mətbəx, 2 sanitar qovşaq və 2 eyvandan ibarətdir. Qaz, su, işıq və internet daimidir. İstilik sistemi kombidir. Evdə mətbəx daxil olmaqla bütün otaqlarda kamera-müşahidə sistemi quraşdırılıb. Mənzil tam əşyalı şəkildə satılır.
Bina 7/24 mühafizə olunur. İnfrastruktur baxımından ətrafında yaşayış üçün bütün vacib obyektlər mövcuddur. Əsas yolun kənarında yerləşir və marşrut xəttinin üzərindədir. Neftçilər metrostansiyasına qısa zamanda çatmaq mümkündür.
