Xətai rayonu, Əhmədli metrosunun yaxınlığı, “Baku Medical Plaza”-nın arxasında, yeni tikili 17 mərtəbəli binanın 16-cı mərtəbəsində, sahəsi sənədlə 110 kv/m (ümumi 124 kv/m) olan, qanuni 3 otaqlı mənzil satışdadır. Sənəd (Kupça) Çıxarışdır. 4%-li kirayə ipoteka zəmanət fondunun balansındadır – 150000 AZN ilkin ödənişlə, 21 il müddətinə 882 AZN ödəməklə mənzilə sahib ola bilərsiniz. Qalıq borc – 147000 AZN. Nağd satış – 299000 AZN. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir. Bina alman markalı sürətli liftlər ilə təchiz ounub. Şlaqbaumla ayrılmış mühafizə olunan geniş və səliqəli həyəti, həyətində söhbətgahlar, uşaq oyun meydançası, məktəbəqədər hazırlıq kursu, market mövcuddur. 2 mərtəbəli, yüksək səviyyəli yeraltı qarajı rahat parklanma üçün şərait yaradır. Əlavə olaraq kompleks 700 tonluq su ehtiyyatına sahibdir. Su kəsintisi ilə bağlı problem mümkün deyil. Tam əşyalı satılır, mənzildən heç nə götürülməyəcək. Əşyasız qiymət fərqli olacaqdır. Mənzilə baxış, ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
