Azərbaycanın əmlak bazarına dair yeni platforma – “ipoteka.az” saytı istifadəyə verilib.
Bu barədə saytın layihə rəhbəri Aqil Tağıyev məlumat deyib. Məlumata görə, saytın məqsədi ipoteka və kreditlə ev axtaranlara yardım etmək, onların işlərini asanlaşdırmaqdır.
“ipoteka.az” saytına ölkənin müxtəlif şəhər və rayonlarından nəğd satış, kredit və ipotekalı əmlaklar barədə elanlar daxil edilir. Kredit və ipotekalı ev axtaranlar əvvəllər müxtəlif şirkətlər və ya komplekslərlə əlaqə saxlayır, şərtləri öyrənir, daha sonra ödəyə biləcəkləri məbləğ barədə hara müraciət edəcəklərini düşünürdülər. Amma biz onları bu əziyyətlərdən qurtarmışıq. Ev almaq istəyənlər əllərində olan ilkin ödəniş məbləği və ödəyə biləcəkləri aylıq ödənişi saytın axtarış bölümündə müvafiq xanaya yazmaqla ölkə üzrə uyğun mənzilləri görəcəklər. Bundan sonra isə maraqlandıqları ərazidə konkret şirkətlə əlaqə saxlamaq qalır", - deyə layihə rəhbəri bildirib.
Saytda, həmçinin əmlak bazarı barədə maarifləndirici videomateriallar və baş verən yeniliklər barədə informasiyalar da yerləşdiriləcək.