Sumqayıtda yeni yaşayış imkanı axtaranlar üçün CASBAK SUMQAYIT layihəsi rahat lokasiya, müasir yaşayış standartları və əlverişli ödəniş şərtləri ilə diqqət çəkir.
Sumqayıt Avtovağzalının yanında yerləşən yaşayış kompleksi şəhərin əsas nəqliyyat istiqamətlərinə yaxınlığı ilə fərqlənir. Bu üstünlük sakinlərə gündəlik hərəkət, işə gediş-gəliş və şəhər infrastrukturlarından istifadə baxımından əlavə rahatlıq yaradır.
Layihə 2 korpus, 4 blok və ümumilikdə 414 mənzildən ibarətdir. Kompleksdə sahəsi 53.18 m²-dən 85.60 m²-dək olan 1, 2 və 3 otaqlı mənzillər təqdim edilir. Bütün mənzillərdə eyvan mövcuddur, hər blokda isə 2 sürətli lift sakinlərin istifadəsinə veriləcək.
CASBAK SUMQAYIT-da mənzillər təmirsiz və azad planlama imkanı ilə təhvil verilir. Bu isə alıcılara yaşayış sahəsini öz zövqünə və ehtiyacına uyğun qurmaq imkanı yaradır.
Layihədə nağd satış zamanı 1 m² üçün qiymət 1600 AZN, kreditlə satış zamanı isə 1700 AZN təşkil edir. Mənzil sahibi olmaq istəyənlər üçün 17500 AZN ilkin ödəniş və 48 aylıq faizsiz daxili kredit imkanı təqdim olunur.
Əlverişli yerləşməsi, fərqli mənzil seçimləri və sərfəli ödəniş şərtləri ilə CASBAK SUMQAYIT həm yaşayış, həm də yatırım üçün cəlbedici layihələrdən biri hesab olunur.
Komplekslə BURADAN tanış ola bilərsiniz.