CASBAK SUMQAYIT - rahat həyat, əlverişli məkan və sərfəli ödəniş imkanlarını bir araya gətirən müasir yaşayış kompleksidir.
Sumqayıt Avtovağzalının yanında yerləşən layihə gündəlik həyat üçün rahat infrastruktur və əlçatan lokasiya üstünlüyü təqdim edir. Kompleks 2 korpus, 4 blok və 414 mənzildən ibarətdir.
Layihədə sahəsi 53.18 m²-dən 85.60 m²-dək olan 1, 2 və 3 otaqlı mənzillər təklif olunur. Hər blokda 2 sürətli lift, bütün mənzillərdə isə eyvan mövcuddur. Mənzillər azad planlama imkanı ilə təmirsiz şəkildə təhvil verilir ki, bu da alıcılara öz evlərini zövqlərinə uyğun qurmaq fürsəti yaradır.
CASBAK SUMQAYIT-da mənzil sahibi olmaq daha əlçatandır. Nağd satışda 1 m² qiyməti 1600 AZN, kreditlə satışda isə 1700 AZN təşkil edir. Cəmi 17500 AZN ilkin ödəniş etməklə mənzil sahibi ola, qalan məbləği isə 48 aylıq faizsiz daxili kredit imkanı ilə rahat şəkildə ödəyə bilərsiniz.
CASBAK SUMQAYIT - Sumqayıtda komfortlu yaşayış, sərfəli şərtlər və düzgün yatırım üçün doğru seçim.













