Ödəniş şərtləri:
• Nağd və ya ilkin ödəniş 50% olmaqla 36 ayadək daxili kredit
Yasamal rayonu, Nizami m.st-nın yaxınlığında yerləşən Nizami City YK yaşam komfortunuz üçün Sizlərə bütün mövcud olan şəraiti yaratmaqdadır. Stratejik olaraq əlverişli ərazidə yerləşən Kompleks metro, dayanacaqlar, məktəb və uşaq bağçaları, eləcə də ticarət obyektləri, parklarla əhatə olunub.
9 korpusdan ibarət kompleksin ilkin mərhələdəki 3 binası hazırdır. Növbəti mərhələ olan binaların satışına start verilib. Mənzilləri ilkin mərhələdə nağd, növbəti mərhələdə isə 36 ayadək daxili kredit şərtlərilə əldə edə bilərsiniz. Planlama sərbəstdir. Kompleks yüksək texnologiyalar əsasında yerli və xarici istehsalçılardan alınan materiallar əsasında inşa edilir.
Layihə haqqında
“Nizami City” layihəsi 9 mərtəbəli, 9 bina və 14 girişdən ibarətdir və 2.87 hektar ərazini əhatə edir. Kompleks C.Cabbarlı, S.Salayev, F.İbrahimbəyov, İ.Əbilov və N.Aşurbəyova küçələrinin kəsişməsində yerləşir. Nizami metrosuna, Qış parkına və Fəvvarələr meydanına çox yaxın məsafədədir.
Hər girişdə yükdaşıma və sərnişin lifti, yeraltı dayanacaq, generator, içməli və yanğın təhlükəsizliyi su anbarları mövcuddur. Kompleks təbii qazla təchiz olunmuşdur. Yaşayış kompleksi 24 saat təhlükəsizlik xidməti və kameralarla mühafizə olunur, həyətə və bloklara giriş kodlaşdırılmışdır.
İnfrastruktur
“Nizami City” kompleksinin yaxınlığında 31 və 18 saylı məktəblər, Caspian Plaza, Caspian Business Center, Globus Center, Nizami Mall, tibb mərkəzləri, idman mərkəzləri, restoranlar, klinikalar və uşaq bağçaları kimi infrastrukturlar yerləşir.
Kompleksdə 2 mərtəbəli yeraltı dayanacaq, iri supermarketlər, fitnes-spa mərkəzi, qadın baxım mərkəzi, aptek və digər iaşə obyektləri mövcuddur.
Üstünlüklər:
Şəhərin mərkəzi
Müasir layihə
Dənizə mənzərə
Ekoloji təmiz rayon
5 girişli kompleks
Azad planlaşdırma
Qapalı həyət
Oyun meydançası
24 saat qorunan ərazi
Yeraltı dayanacaq
Keramoqranit ilə üzlənmiş müasir fasad
Yüksək tonnajlı su anbarı və 24 saat su təchizatı
Mərkəzi elektrik təchizatı və generator
Yanğın təhlükəsizliyi sistemi
Sürətli liftlər
Optik internet
Peyk telekanallarına çıxış
Ticarət infrostrukturu
Metroya yaxın
Parka yaxın