İpoteka Krediti:
Minimal ilkin ödəniş – 30 %
Müddət - 240 aya
İllik faiz dərəcəsi – 12 %
Minimal ilkin ödəniş - 20 %
Müddət - 120 aya
İllik faiz dərəcəsi - 10 %
“AĞ DİVAR” MEYARLARI ÜZRƏ TƏMİR İŞLƏRİNƏ DAİR PROTOKOL
1. “Ağ Divar” meyarları üzrə təmir işlərinə aşağıdakı işlər aiddir:
1.1.Sanitar qovşaq otaqlarında sement-qum məhlulundan 50 mm qalınlığında hamarlayıcı qatın vurulması və hamarlayıcı qata maililiyin verilməsi;
1.2. Döşəmə örtüyünün "yerdənisitmə" sisteminin qurulması;
1.3. Laqalar üzərində döşəmə ötüyünün qurulması;
1.4. Daxili divar səthlərinə alçı suvaq (birbaşa) olunması;
1.5. Daxili divar səthlərinə astar yaxmanın çəkilməsi;
1.6. Tavanda Alçipan örtüyünün qurulması;
1.7. Santexnika işləri (Material+İşçilik);
1.8.Elektrik işləri (Material+İşçilik).
2.“Payçı" “MTK“ mənzildə əlavə təmir işləri və ya yuxarıda göstərilən işlərdən başqa işlərin görülməsini əlavə ödəniş etməklə sifariş verə bilər.
3. "Payçı" tərəfindən təmir işləri aparılan zaman yüklərin daşınması “MTK”nın təsdiq edilmiş tariflərinə uyğun həyata keçirilir.
Qapalı tipli çoxfunksiyalı “AVANT VİSTA” yaşayış kompleksi şəhərin gözəl və hündür məkanlarından biri olan Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında inşa edilir. Yaşayış kompleksində sakinlərin rahatlığını təmin etmək üçün geniş infrastruktur nəzərdə tutulub. Kompleksin ərazisi 4 hektar sahəni əhatə edir. Bundan cəmi 25% hissəsində binalar inşa ediləcək, qalan 75% hissəsində isə geniş həyətlər və infrastruktur yaradılacaq
Üstünlüklərimiz
* Geniş və yaşıl həyətlər
* Uşaq meydançası
* Uşaq bağçası
* Qapalı üzgüçülük hovuzu
* Açıq havada idman meydançası
* Spa fitness mərkəzi
* Qapalı kinoteatr zalı
* Kompleksdaxili velosiped zolaqları
* Alış-veriş mərkəzləri
* Yeraltı avtodayanacaq (1000 yerlik)
* Hər girişdə 3 ədəd yüksəksürətli lift
* İctimai iaşə obyektləri