Şəhərimizin Nəsimi rayonu, 28 may və Xətai metro stansiyasının yaxınlığı, Neftçilər xəstəxanasının arxası, Ali məhkəməilə üzbəüz, Həsən Salmani küçəsində yerləşən Halal mtk-ya məxsus 18 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 110 kv olan 3 otaqlı təmirli əşyalı mənzil aylıq 1200 manata kirayə təklif edilir. Mənzil geniş zal-studiya, 2 yataq otağı, hall, 2 sanitar qovşaqdan ibarətdir. Mətbəxdə qabyuyan, paltaryuyan, soyuducu, soba və lazım olan digər avadanlıqlar mövcuddur. Binanın ətrafında marketlər, məktəb, bağça və bir sıra iaşə obyektləri mövcuddur. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ofisimizin xidmət haqqı 20 % təşkil edir.