Xətai rayonu, Həzi Aslanov metrosunun düz çıxışında, Xudu Məmmədov küçəsində yerləşən, yeni tikili 17 mərtəbəli binanın 16-cı mərtəbəsində, ümumi sahəsi 113 kv.m olan qanuni 3 otaqlı mənzil satılır. Qaz, Su, İşıq daimidir. İstilik sistemi kombidir. Mətbəxin döşəməsi istipoldur. Sənədi çıxarışdır(Kupça). İpotekaya yararlıdır. Ev bəzi mebel və əşyalarla birlikdə satılır (mətbəx mebeli, foye qarderob, eyvan şkafları və). Binanın həyəti, 7/24 kamera sistemi, yerüstü və yeraltı parkinqi və surətli lifti var. Mənzil infrastruktur cəhətdən əlverişli ərazidə yerləşir. Ətrafında uşaq bağçası, məktəb, supermarketlər(Neptun, Araz, Grandmart) və yaşam üçün zəruri olan digər bütün növ iaşə obyektləri mövcuddur. Qiymət: 220000 Azn.
Qeyd: Əlavə məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz. Şirkət komissiyası 1% təşkil edir.