Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında, yeni tikili binanın 1-ci mərtəbəsində, əla təmirli super obyekt icarəyə verilir. Obyektin ümumi sahəsi 130 kv.m-dir. 2 hissədən ibarət dublex obyekt bütün avadanlıqları ilə verilir. Bir hissə gözəllik salonu kimi fəaliyyət göstərir. Bütün avadanlıqları var. Avadanlıqlar hamısı yenidir. İkinci mərtəbədə ayrıca otağı var. Kosmetoloq və ya lazer otağı etmək olar. Mətbəxi, sanuzeli var. İkinci hissə idman zalı kimi fəaliyyət göstərir. Sauna, masaj otağı, geyinmə otağı, trenajorları, sanitar qovşağı, 2 duş kabini var. Reabilitasiya mərkəzi kimi də işlətmək olar. Hər iki zalın ayrı giriş qapısı, sanitar qovşağı, kombi və kondisioner sistemi, isti döşəməsi, sürətli interneti, uzaqdan idarə olunan səsli kamerası və s. var. Obyektin bir sözlə hər bir şəraiti var. Çox əlverişli, hazır biznesdir.
QİYMƏT-950 AZN
XİDMƏT HAQQI-20%
Hər növ daşınmaz əmlak alqı satqısı, kirayəsi haqqında məlumat almaq üçün əlaqə saxlaya bilərsiniz !