2 Otaq, Yeni tikili, Xətai r., 67.00 m²

138 000 AZN

“Megapolis Estate” agentliyi,bu mənzili tövsiyyə edir!
Xətai rayonu, Xətai m.st nın yaxınlığı, N. Rəfiyev küçəsi, 29 ünvanında yerləşən yeni tikilmiş, tanınmış Yaşayış kompleksi "White Tower",(FHN binası ilə üzbə-üz) dənizə və H.Əliyev mərkəzinə mənzərəsi olan avro təmirli mənzil, təcili olaraq bazar qiymətindən aşağı satılır. Mənzil 20 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir, 67 kvm-dir. 2 otaq studio mətbəxtdir. Təmiri şəxsi yaşayış üçün yüksək səviyyədə bahalı türk və avropa materialları ilə təmir olunmuşdur. Yeraltı istilik sistemi, bahalı aksesuarlar, parket, keyfiyyətli işıqlandırma sistemi, kombi, damafon, mərmər mətbəx və mətbəx elektronikaları, mebellər ilə təhciz olunub. Binada generator, su hovzəsi, qaz, su, elektrik, mühafizə 24 saatdır. Bloklar mərmərdir. Binada 4 surət lifti,3 mərtəbəli geniş parking mövcutdur. Alıcı mənzili alıb kirayə vermək istəsə 700-800 azn dən müştəriyə həmin günü rəsmi müqavilə ilə kirayə vermək,bizim agentlik tərəfindən mümkündür. Mənzilin sənədi müqavilədir (maliyyə arayışı ilə birgə) Satış üçün sənədlər tam qaydasındadır. Bina 3 aya tam hazır olacaq. İstəyinizə və büdcənizə uyğun digər mənzillər təklif edə bilərik. Təcili satıldığı üçün mülkiyyətçi ilə qiymətdə razılaşma mütləq olacaqdır.
Yerləşdiyi yer
Yaşayış kompleksi "White Tower" Bakı şəhərində yeni komplekslərin tikildiyi zəngin infrastruktur yaradılan mikrorayonda yerləşir. Çoxmənzilli yeni tikilinin yaxınlığında "Bem Bakı" əyləncə mərkəzi yerləşir, kilometrliyində isə "Meqafun" əyləncə mərkəzi və əyləncə parkı var, park zonası olan Dənizkənarı bulvara qədər cəmi 15 dəqiqəlik piyada yoludur.Yaxınlıqda ərzaq mağazaları işləyirlər, yüz əlli metr məsafədə isə, böyük bir şəbəkə supermarketi mövcuddur. Kompleksinin yaxınlığında apteklər, bank şöbələri, çoxsaylı kafe və barlar var. Beş yüz metr məsafədə "Kaspi" ümumtəhsil məktəbi və liseyi, bir kilometr radiusunda isə 56, 66 saylı orta məktəblər yerləşir. 10-15 dəqiqəlik piyada yolu məsafəsində Alim Məmmədov adına uşaq bağçası yerləşir. Qonşuluqda tibb mərkəzi fəaliyyət göstərir, apteklər və diş klinikası da mövcuddur.
Nəqliyyatı
İctimai nəqliyyat dayanacağı Babək prospektinə beş dəqiqəlik məsafədə yerləşir. Burada iki avtobus marşrutu fəaliyyət göstərir, onların arasındakı minimal fasilə altı dəqiqə təşkil edir.
Üç yüz metr məsafədə "Nəriman Nərimanov" dəmiryol stansiyası yerləşir, "Şah İsmayıl Xətai" metro stansiyasına qədər olan məsafə altı yüz metrdən artıq deyil. "Bakı-Sərnişin" Dəmir yolu vağzalı kompleksdən üç kilometr yarım məsafədə yerləşir. Beynəlxalq avtovağzala qədər on iki kilometrdir, Heydər Əliyev adına beynəlxalq hava limanına iyirmi dəqiqədən artıq vaxta çatmaq olar.
Ümumi və texniki xüsusiyyətləri
Yeni tikilinin qədimi qala üslubu və dizaynı sayəsində təkrarolunmaz siması vardır. İki korpuslu evin küncləri dəyirmi eyvan-qala formasında bəzədilmişdir. Fasadı yüksək sütunlar və yarımdairəvi pəncərələrlə dekor olunmuşdur.
Yeni tikilinin konstruksiyası əsasında doqquz bal zəlzələ müqavimətini təmin edən monolit dəmir beton karkası var, fasad təbii daş ilə üzlənir.
Bina təchiz olunur:
•səkkiz səssiz, sürətli almaniya istehsalı liftləri ilə – hər bir blokda dörd lift;
•fasiləsiz enerji təminatı sistemi olan əlavə generator;
•lazımi avadanlıq və yüksək keyfiyyətli mühəndis komunikasiyaları.
Pəncərə blokları enerjiqoruma xüsusiyyətinə malik şüşələrlə şüşələnir. Hər bir mənzildə açıq şüşələnməmiş eyvan nəzərdə.
Yeni kompleksin ərazisində
Kompleksin həyətində istirahət zonası yaradılır. Uşaqlar üçün yelləncəkli meydançalar tikilir, avtomobillərin müvəqqəti dayanacağı üçün yerlər nəzərdə tutulmuşdur. Üçmərtəbəli yeraltı qaraj tikilir.
Yeni kompleksin ərazisi kənar şəxslər üçün bağlıdır, video nəzarət kameraları quraşdırılır, tikinti başa çatan zaman mühafizə xidməti təşkil olunacaq.
Kompleksin bütün ərazisi küçə fənərləri ilə işıqlandırılacaq, günün qaranlıq vaxtı fasadın dekorativ işıqlandırılması həyata keçiriləcək.
Yaşayış fondu haqqında
"White Tower" yaşayış kompleksində tikinti şirkəti sahəsi 52-196 m2 olan mənzil satışlarını həyata keçirir. Hal-hazırda bir, iki, dörd və beş otaqlı mənzillər var, bundan əlavə, ikimərtəbəli planlaşdırma ilə də mənzillər mövcuddur.
Mənzil dəyərinə metal giriş qapısının quraşdırılması və internet bağlantısı Peyk televiziiya, həm də sürətli internet bağlantısı daxildir.

Xarakteristika

Ümumi sahə
67.00 m²
Mərtəbə
20/5
Otaq sayı
2
Sənədin tipi
Müqavilə
Təmir
Əla
Ilqar Mammadov
   +994 70 500 05 18
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
31780
Yeniləndi
11.08.2022
Baxış sayı
109

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

İstifadəçinin Digər Elanları

Oxşar elanlar