MƏRDƏKANDA YENİ TƏMİRLİ, YAŞAYIŞ OLMAMIŞ HƏYƏT EVİ SATILIR! Əsas yola çox yaxın!
Mərdəkanın əlverişli ərazisində, mərkəzi yola və Bravo supermarketinə gedən yola yaxın məsafədə yerləşən, yeni təmirdən çıxmış və heç vaxt yaşayış olmamış müstəqil həyət evi satışa çıxarılıb. Yaxınlıqda marketlər, aptek və digər zəruri infrastruktur obyektləri mövcuddur. Həmçinin ərazidə yeni Bazarstore supermarketinin tikintisi aparılır.
3,6 sot torpaq sahəsi, 120 m² ev sahəsi, 4 otaq (geniş zal, mətbəx və 3 yataq otağı), 2 sanitar qovşaq, müasir təmir, isti döşəmə sistemi, daimi qaz, su və işıq.
Filtr sistemi olan hovuz, manqalxana, səliqəli həyət, yaşıllıq zonası və ailəvi istirahət üçün ideal şərait.
SƏNƏDLƏR TAM QAYDASINDADIR! Həm torpaq sahəsinin, həm də evin çıxarışı (kupçası) mövcuddur. İpotekaya yararlıdır!
Yeni təmirli, yaşayış olmamış və daimi yaşayış üçün tam hazır ev axtaranlar üçün əla fürsət!
