CASPIAN VISTA RESIDENCE – DƏNİZ MƏNZƏRƏLİ 2 OTAQLI MƏNZİL
İnqilab İsmayılov küçəsi
Caspian Vista Residence yaşayış kompleksində dəniz mənzərəli, tam təmirli və yelçəkən 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil 17 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Çıxarış üzrə sahəsi 91.7 kv.m, müqavilə üzrə isə 97 kv.m təşkil edir. Mənzil tam və keyfiyyətli təmir olunub, geniş eyvanı və dənizə açılan mənzərəsi var.
Mənzilin koridor və sanitar qovşaq hissələri isti pol sistemi ilə təchiz olunub. Qaz, su və elektrik daimidir.
Kompleksin həyətində geniş parkinq sahəsi mövcuddur. Binada 2 sürətli lift fəaliyyət göstərir və generator sistemi sayəsində elektrik enerjisi olmadıqda belə liftlərin istifadəsi mümkündür.
Mənzil qismən əşyalı və məişət texnikası ilə birlikdə satılır.
Ərazinin əsas üstünlüklərindən biri Beton yoluna və 8 Noyabr prospektinə cəmi 2 dəqiqəlik çıxışın olmasıdır.
Həm komfortlu yaşayış, həm də gələcəkdə likvid investisiya baxımından əlverişli seçimdir.
