Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində SUPER NEO-AVANQARD üslubda təmir olunmuş, tam əşyalı mənzil satışa çıxarılır!
Mənzil AAAF Park yaşayış kompleksinin 27-ci binasında, 11 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Ümumi yaşayış sahəsi 78 m² olan mənzil 2 otaqdan 3 otağa uğurla düzəldilib. Mənzil zövqlə, müasir SUPER NEO-AVANQARD üslubda təmir olunub və rahat yaşayış üçün tam hazır vəziyyətdədir.
Mənzil tam əşyalı satılır. Şəkillərdə gördüyünüz bütün əşyalar mənzilə aiddir və satış qiymətinə daxildir. Mənzildə istifadə olunan əşyalar və avadanlıqlar keyfiyyətli, tanınmış brendlərə məxsusdur.
Sənəd: AAAF Park yaşayış kompleksinin müqaviləsi.
Bina bütün zəruri kommunal təchizatlarla tam təmin olunub, lift daim işlək vəziyyətdədir.
AAAF Park yaşayış kompleksi geniş və inkişaf etmiş infrastruktura malikdir. Kompleks ərazisində və piyada məsafəsində alış-veriş və iaşə obyektləri, marketlər, park və istirahət zonaları, uşaqlar üçün əyləncə və oyun sahələri, eləcə də gündəlik həyat üçün lazım olan digər xidmət və obyektlər mövcuddur.
Ailəli şəxslər üçün də əlverişli seçimdir. Yaxınlıqda 3 tam orta məktəb və 2 uşaq bağçası yerləşir.
Nəqliyyat baxımından əlverişli mövqeyə malikdir. Xırdalan daxilindəki tıxaca düşmədən kənar dairəvi yol vasitəsilə Bakı istiqamətinə rahat gediş-gəliş mümkündür. Bundan əlavə, ictimai nəqliyyat birbaşa kompleksdən 20 Yanvar istiqamətinə hərəkət edir.
Mənzil həm şəxsi yaşayış, həm də gələcəkdə kirayə vermək baxımından əlverişli seçimdir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Ətraflı məlumat üçün telefonla əlaqə saxlaya bilərsiniz. WhatsApp aktivdir.
