Elmlər Akademiyası metrosunun yaxınlığında, yeni tikili, 20 mərtəbəli binanın 18-ci mərtəbəsində, ümumi sahəsi 65 kv/m olan, 2 otaqlı studio mənzil kirayə verilir. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir. Bakı Dövlət Universiteti və metroya 3-5 dəqiqəlik piyada məsafəsində yerləşir. İnfrastruktur cəhətdən əlverişli yerləşmədə olmağı ilə yanaşı, istənilən bütün zəruri imkanlar əlçatandır. Mənzil depozitlə, gənc ailə və ya tək yaşayan bəy və ya xanıma təklif olunur. Mənzilə baxış, ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
