Hazır ipoteka! Rəsmi gəlir və ya sahibkarlıq fəaliyyəti (VÖEN) tələb olunur.
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Cəfər Xəndan küçəsində yerləşən West Town yaşayış kompleksində 15 mərtəbəli yeni tikili binanın 13-cü mərtəbəsində sahəsi 80 kv.m olan qanuni 2 otaqlı mənzil satılır. İşıq, su, qaz daimidir. İstilik sistemi kombidir. Mənzil şəkildə görünən əşyalarla birlikdə satılır. Mənzil kirayə öhdəliyi ilə satışa çıxarılan güzəştli kateqoriyaya aiddir. Rəsmi gəliri 1300 AZN-dən yuxarı, yaşı 48-dək olan istənilən şəxs bu mənzilə sahib ola bilər.
İlkin ödəniş: 100000 AZN
Aylıq ödəniş: 1283 AZN
Qalıq müddət: 22 il 8 ay
Qalıq nəğd borc: 230000 AZN
Qrafikdən əlavə ödəniş zamanı bir sıra güzəştlər tətbiq olunur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur.
Vasitəçi şirkətin xidmət haqqı 2000 (iki min) AZN təşkil edir. Xidmət haqqına ipoteka müraciətinin göndərilməsi, ipotekanın rəsmiləşdirilməsi və alqı satqı ilə bağlı digər xidmətlər daxildir.
