Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyasına 3-5 dəqiqəlik piyada məsafədə, İcra hakimiyyətinin arxasında yerləşən 5 mərtəbəli Xruşşovka layihəli binanın 3-cü mərtəbəsində 1 otaqlı mənzil satılır. Mənzil orta blokda yerləşir, binanın fasadı təmir olunub, geniş və sakit həyəti var. Su, işıq, qaz daimidir. Əlavə olaraq 200 litrlik ehtiyyat su çəni quraşdırılıb. İstilik sistemi mərkəzidir. İsti döşəmə var. Qismən əşyalı satılır. Kirayə vermək üçün ideal variantdır. 600 AZN-ə tələbələr qalıb evdə, satışla əlaqədar olaraq hal hazırda mənzil boşdur.
Bina infrastruktur cəhətdən əlverişli yerdə yerləşir. Yaxınlığında 2 məktəb, uşaq bağçası, marketlər, bağlı stadion, uşaq əyləncə parkı var. Həyət təhlükəsizlik kameraları ilə mühafizə olunur. Yatırım üçün düşmə variantdır. Real alıcıya yerində simvolik endirim olunacaq.
Vasitəçi şirkətin xidmət haqqı mənzilin nəğd dəyərinin 1%-i (1300 AZN) təşkil edir.
