Bakıxanov Residence Fireland 2 layihəsində yeni təmirli mənzil satılır
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi.
Mənzil binanın 10-cu mərtəbəsində yerləşir. İlkin layihə üzrə 1 otaqlı olub, funksional şəkildə 2 otağa düzəldilib.
Balkon daxil faktiki sahə - 52,56 m²
Çıxarış üzrə sahə - 50,97 m²
Çıxarışda balkon sahəsi müvafiq əmsalla hesablanıb.
Mənzil yeni təmirlidir, təmirdən sonra yaşayış olmayıb. Hazırkı vəziyyəti şəkillərdə göründüyü kimidir. Şəkillərdə görünən əşyalar və avadanlıqlar mənzildə qalır və qiymətə daxildir.
İki ayrı otaq
Mətbəx mebeli və avadanlığı
Kombi istilik sistemi
Metlax olan bütün sahələrdə isti döşəmə
Keyfiyyətli kabellərlə çəkilmiş elektrik xətləri
Hər iki otaqda kondisioner üçün ayrıca qalın kabel
Duş kabinəsi
Dəhlizdə geniş güzgülü dolab
Balkon
Mənzil səhər günəşi alır, günortadan sonra günəş binanın əks tərəfinə keçir. Bu səbəbdən isti saatlarda mənzil daha sərin qalır. Bakıxanov qəsəbəsinə açılan geniş mənzərəsi var.
Çıxarış (kupça) var, ipoteka ilə alınmağa yararlıdır.
Mənzil birbaşa sahibindən satılır. Makler və vasitəçilərin narahat etməməsi xahiş olunur.
!!!QEYD: Hazır ipoteka deyil. Evi almaq istəyən şəxs dövlət ipotekası üçün BANKA və ya FONDA müraciət etməlidir, aylıq ödənişlər banka ödənilir. İlkin və aylıq ödəniş təxminən aşağıdakı kimi hesablanacaq. İlkin ödəniş 15% üzərindən hesablanıb.
