Mərtəbə
Sahə
Otaq
Sənəd
14/9
81.00 m²
2
Çıxarış (Kupça)

2 Otaq, Yeni tikili, Abşeron r., Saray q., 81.00 m²

130 000 AZN 1 605 AZN/m²

Saray MTK Yaşayış Kompleksi – Hazır 4%-li İpoteka ilə Tam Əşyalı Mənzil
Saray MTK yaşayış kompleksində yerləşən, çıxarışlı (kupçalı) və hazır 4%-li dövlət ipotekasında olan mənzil satışa təqdim olunur.
Mənzil 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Sahəsi 81 kv.m-dir və 2 otağa ideal şəkildə düzəldilib. Dənizə açılan möhtəşəm panoraması mənzilə xüsusi gözəllik və rahatlıq bəxş edir.
Bu mənzil satış məqsədilə deyil, şəxsi yaşayış üçün yüksək keyfiyyətlə hazırlanıb. Təmir və avadanlıqlar seçilərkən keyfiyyətə xüsusi diqqət yetirilib. Bahalı akril mətbəx mebeli quraşdırılıb, bütün mebellər yenidir və çox səliqəli istifadə olunub. Qonaq otağı dəsti cəmi 2 ay əvvəl alınıb. Ümumilikdə təkcə mebel və avadanlıqlara təxminən 14.000 AZN vəsait xərclənib.
Mənzilin işıqlanma sistemi tam yenilənib. Qonaq otağı, mətbəx və hol hissəsində müasir spot işıqlandırma quraşdırılıb ki, bu da həm estetik görünüş, həm də əlavə rahatlıq yaradır.
Ən önəmli üstünlüklərdən biri isə odur ki, evdə görünən bütün əşyalar və elektronika mənzildə qalacaq. Yeni sahib üçün əlavə xərc və ya təmir ehtiyacı yoxdur. Sadəcə şəxsi əşyalarınızı gətirib rahat şəkildə yaşayışa başlaya bilərsiniz.
Mənzil haqqında:
Saray MTK Yaşayış Kompleksi
Hazır 4%-li ipoteka
Kupçalı
81 kv.m
14 mərtəbəli binanın 9-cu mərtəbəsi
2 otağa ideal düzəlmə
Dəniz panoraması
Tam əşyalı və elektronikalı satış
Bahalı akril mətbəx mebeli
Yeni və az istifadə olunmuş mebellər
Yenilənmiş işıqlandırma sistemi və spot işıqlar
İpoteka şərtləri:
İlkin ödəniş: 40.000 AZN
Aylıq ödəniş: 577 AZN
Qalıq müddət: 22 il 6 ay
Bu mənzil həm yaşayış, həm də gələcək investisiya baxımından çox sərfəli seçimdir. Hazır ipoteka, tam əşyalı təhvil və əlavə xərc tələb etməməsi onu bazardakı oxşar təkliflərdən fərqləndirir.
Vasitəçi xidmət haqqı: 1000 AZN.

Xarakteristika

İpoteka
Hazır kredit
Hazır kredit
Ev sahibinə çatacaq məbləğ
40 000.00 AZN
Qalıq borc
1 250 000.00 AZN
Müddət (ay)
270 ay
Aylıq ödəniş
577.00 AZN
Təmirin növü
Əla
Tehmez Rustemov ( Əmlak Agenti )
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
158232
Yeniləndi
03.07.2026
Baxış sayı
4

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

Populyar Axtarışlar