YENİ YASAMALDA SOCAR BİNASINDA YENİ TƏMİRLİ QANUNİ 2 OTAQLI MƏNZİL SATILIR!
Yeni Yasamal, Əsəd Əhmədov küçəsində, Yasamalın ən prestijli yaşayış komplekslərindən biri olan SOCAR binasında yerləşən mənzil satışa təqdim olunur.
Otaq sayı: 2 (qanuni)
Sahə: 72 m²
Mərtəbə: 14/16
Sənəd: Kupça (Çıxarış) və texniki pasport
İpoteka: Yararlıdır
Təmir: Yeni təmirli (təmir sonrası yaşayış olmayıb)
Mənzil yüksək keyfiyyətli materiallarla zövqlə təmir olunub. Hər iki otaq günəş işığı aldığı üçün mənzil işıqlı və olduqca komfortludur.
Mənzilin üstünlükləri:
Təmirdən sonra yaşayış olmayıb
Yüksək keyfiyyətli tikinti və təmir materialları
Geniş və qapalı həyət
Yeraltı və yerüstü avtodayanacaq
Uşaq oyun meydançası
24/7 mühafizə xidməti
Binanın altında Bolmart, qarşısında Bravo və Araz supermarketləri
Avtobus dayanacağı binanın qarşısında
Məktəb, uşaq bağçası və bütün zəruri infrastruktur piyada məsafəsində
Bu mənzil həm rahat yaşayış, həm də gələcək üçün etibarlı investisiya baxımından ideal seçimdir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Xidmət haqqı – 1%
!!!QEYD: Hazır ipoteka deyil. Evi almaq istəyən şəxs dövlət ipotekası üçün BANKA və ya FONDA müraciət etməlidir, aylıq ödənişlər banka ödənilir. İlkin və aylıq ödəniş təxminən aşağıdakı kimi hesablanacaq. İlkin ödəniş 15% üzərindən hesablanıb.
