Mərtəbə
Sahə
Otaq
Sənəd
11/5
110.00 m²
3
Çıxarış (Kupça)

3 Otaq, Yeni tikili, Abşeron r., Masazır q., 110.00 m²

148 500 AZN 1 350 AZN/m²

Masazır qəsəbəsi, Əliağa Vahid heykəlinin arxası, Qurtuluşa düşən yol üzərində yerləşən möhtəşəm mənzil satışda!

Yeni təmirdən çıxmış, geniş və işıqlı 110 kv.m sahəyə malik qanuni 3 otaqlı skvaznoy mənzil alıcıların ixtiyarına verilir. Mənzildə təmir işləri tam başa çatdırılıb və təmirdən sonra yaşayış olmayıb. Yeni sahibi bu mənzildə ilk yaşayacaq şəxs olacaq.

Mənzil funksional və rahat layihəyə malikdir. Qanuni 3 otaqdır, pridelka deyil. Skvaznoy layihəsi sayəsində ev gün ərzində maksimum gün işığı alır və təbii hava dövranı təmin olunur. Geniş ailələrin rahat yaşayışı üçün ideal seçimdir.

Ümumi sahə: 110 kv.m
Qanuni 3 otaq
Skvaznoy layihə
2 geniş balkon
Kupça (Çıxarış) var
İpotekaya yararlıdır
Təmirdən sonra yaşayış olmayıb

Mənzildə mətbəx, holl və sanitar qovşaqları isti döşəmə sistemi ilə təchiz olunub. Təmir zamanı keyfiyyətli materiallardan istifadə edilib, bütün işlər zövqlə və yüksək səviyyədə görülüb.

Mətbəx mebeli alıcının zövqünə uyğun olaraq yığılacaq və təhvil veriləcək.

Binanın üstünlükləri:
Qaz, su, işıq daimidir
Müasir və sürətli lift
24 saat mühafizə xidməti
Yeraltı qaraj
Sakit və təhlükəsiz yaşayış mühiti
Geniş həyət və istirahət zonaları

Mənzil Əliağa Vahid heykəlinin arxasında, Qurtuluş yaşayış massivinə gedən yolun üzərində yerləşir. Ərazi yüksək yaşayış potensialına malikdir. Yaxınlıqda məktəblər, bağçalar, supermarketlər, apteklər, restoranlar və digər bütün zəruri infrastruktur mövcuddur. Marşrut xətləri binanın yaxınlığından keçir ki, bu da şəhərin müxtəlif istiqamətlərinə rahat gediş-gəliş imkanı yaradır.

Bu mənzil həm rahat yaşayış, həm də gələcək üçün etibarlı investisiya axtaranlar üçün əla seçimdir.

Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın.

Ofis haqqı: 1%

Xarakteristika

Təmirin növü
Əla
Zaur Əliyev ( Əmlak Agenti )
Satıcıya elanı İPOTEKA.AZ saytında gördüyünüzü bildirin
Elan İD
157813
Yeniləndi
25.06.2026
Baxış sayı
29

Dövlət ipoteka kalkulyatoru

Kredit məbləği:
0 AZN
Kredit müddəti:
0
ay
Aylıq ödəniş:
0 AZN
Sığorta ödənişi:
0 AZN
İlkin ödənişin minimal tələbi:
0 AZN
Alınacaq evin ehtimal olunan dəyəri:
0 AZN

Populyar Axtarışlar