Mərtəbə
Sahə
Otaq
Sənəd
1/1
14.00 сот(ка)
4
Выписка (Купчая)

4 Комната, Дома/Виллы, Хазарский район, Бузовна поселок, 14.00 сот(ка)

475 000 AZN 33 929 AZN/сот(ка)

Xəzər rayonu Albalılıq 1-də, Bakı ətrafının təmiz havası və sakit mühiti ilə seçilən elit məhəllədə yerləşən, tam yaşayışa hazır bağ evi satılır. Ev düz asfalt yolun kənarında yerləşir. Torpaq sahəsi 14 sot, yaşayış sahəsi isə 256 kv.m-dir.
Ev 4 geniş yataq otağından (20-25 kv.m), 40 kv.m-lik işıqlı zaldan, 25 kv.m mətbəxdən, 36 kv.m dəhlizdən, 28 kv.m balkondan, böyük qarderob otağından və camaşırxanadan ibarətdir. Ev tam əşyalı satılır, yalnız bəzi şəxsi əşyalar götürüləcək.
Ev 4 kondisioner, kombi sistemi, hər otaqda ayrıca termorequlyator, soyuducu, paltaryuyan, qabyuyan, televizor və digər məişət texnikaları ilə təchiz olunub. Zal, mətbəx, dəhliz, hamam və sanitar qovşaqlarda İtaliya boruları ilə quraşdırılmış isti döşəmə sistemi mövcuddur. Su, qaz, işıq və internet daimidir.
Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Ev beton bünövrə üzərində inşa edilib, monolit beton tavan və döşəməyə malikdir, perimetr boyunca beton kəmərlə möhkəmləndirilib və elektrik sistemi bütün standartlara uyğun çəkilib. Fasad tam ağlay daşı ilə üzlənib.
Evdə yataq mebelləri, dəhliz mebeli, camaşırxana mebeli, böyük qarderob sistemi, tavana qədər hazırlanmış mətbəx mebeli, həyət və balkon üçün masa-stul dəstləri, künc divan, zal üçün masa dəsti və TV stend qalacaq.
Həyətdə 50-yə yaxın dekorativ ağac və 50-dən çox bar verən meyvə ağacı var. Mövsümi tərəvəzlər üçün xüsusi suvarma sistemi qurulub, torpaq meşə torpağı və peyinlə zənginləşdirilib. Geniş qazon sahələri, yaşıllıqlarla əhatə olunmuş besedka, manqal və moyka zonası, isti-soyuq su ilə təchiz edilmiş açıq mətbəx hissəsi mövcuddur. Bundan əlavə, 5 və 8 tonluq iki su anbarı, ayrıca hamam və sanitar qovşağı, əl damı, kombi otağı və təsərrüfat üçün yardımçı tikililər var.
Təsərrüfat sevənlər üçün tam təchiz olunmuş qapalı və açıq toyuq hini, qaz xətti və qaz sobası hazır vəziyyətdədir. Hində 22 ədəd yumurtlayan serebris cinsli toyuq saxlanılır və hamısı təbii qidalanır.
Həyət tam betonlanıb, elektrik sistemi çəkilib və 3 hissəyə bölünüb. Ərazidə 60 metr dərinliyində təmiz artezian şirin su quyusu mövcuddur. Ev yaşayış üçün tam hazır vəziyyətdədir. Yalnız hasarın rənglənməsi və həyətin son tamamlama işləri qalıb. Həm bağ evi, həm də daimi yaşayış üçün ideal seçimdir.

Характеристика

Ремонт
Отличный
Kamal ( Əmlak Agenti )
Сообщить продавцу, что вы увидели объявление на сайте İPOTEKA.AZ
Код объявления (ID объявления)
157089
Обновлено
11.06.2026
Число просмотров
23

Калькулятор государственной ипотеки

Сумма кредита:
0 AZN
Срок кредита:
0
месяц
Ежемесячная оплата:
0 AZN
Страховая оплата:
0 AZN
Минимальное требование первоначального взноса:
0 AZN
Вероятная цена покупаемого дома:
0 AZN

Populyar Axtarışlar