Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak ərazisində, 2.1 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 78 kv/m olan 4 otaqlı bağ evi satışdadır. Sənəd (paket Kupça) Çıxarışdır.
Əmlak hazır dövlət ipotekasındadır: ilkin ödəniş – 72 000 AZN, qalıq borc – 97 000 AZN, illik faiz dərəcəsi – 8%, müddət – 23 il 6 ay (282 ay), aylıq ödəniş – 769 AZN.
Qaz, su, işıq və internet təminatı daimidir. İstilik sistemi kombidir. Evdə biri ümumi istifadə üçün, digəri isə yataq otağında olmaqla 2 sanuzel mövcuddur.
Həyəti funksional şəkildə istifadə üçün əlverişlidir — rahatlıqla 2 avtomobil yerləşdirmək mümkündür. Həyətdə 4x3 ölçülü filterli hovuz, söhbətgah və 2 tonluq su çəni mövcuddur. Yol tam asfaltdır.
Həyətində hovuz, söhbətgah və rahat giriş imkanlarının olması istirahət məqsədli istifadə üçün əlavə üstünlük yaradır.
