Xəzər rayonu, Buzovna qəsəbəsi (kənd içi tərəf) ərazisində 7 sot torpaq sahəsində yerləşən 130 kv.m, 4 otaqlı həyət evi satılır.
Ev 3 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx və sanitar qovşağından ibarətdir. Müasir üslubda təmir olunub, kombi istilik sistemi ilə təchiz edilib.
Evin qarşısında navest altında yay eyvanı mövcuddur.
Həyətyanı sahə genişdir, əkin üçün yararlıdır. Həyətdə avtomobil saxlamaq üçün qaraj da var.
Sakit və əlverişli ərazidə yerləşir.
