Nəsimi rayonu, İnqilabda, Tibb universitetinin yaxınlığında, yeni tikili 17 mərtəbəli binanın 17-ci mərtəbəsində, ümumi sahəsi 96 kv/m olan, qanuni 3 otaqlı mənzil satışdadır. Sənəd (Kupça) Çıxarışdır. Bankın 10%-li daxili ipotekasındadır – 186000 AZN ilkin ödənişlə, 9 il müddətinə ayda 1400 AZN ödəməklə mənzilə sahib ola bilərsiniz. Qalıq borc – 98000 AZN. İstəyə uyğun 284000 AZN nağd qiymətlə də satıla bilər. İnfrastruktur cəhətdən zəngin yerləşmədədir. Şəhərin istənilən istiqamətinə gedən marşrut xətləri fəaliyyət göstərir. 8 Noyabr metrosuna piyada məsafədə olması ilə yanaşı, Gənclik metrosuna da qısa zamanda çatmaq mümkündür. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir. Mənzil, televizor istisna olmaq şərtilə tam əşyalı satılır, digər heç bir əşya götürülməyəcək.
