HAZIR İPOTEKA!!! Xırdalan şəhəri, Heydər Əliyev prospektində, “Köhnə bazar”ın yanında yerləşən “Kristal Abşeron 1” (Park Xırdalan) yaşayış kompleksində 3 otaqlı mənzil satışdadır.
Mənzil 13 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 60 kv.m-dir. Planlaşdırma rahat və funksionaldır: qonaq otağı mətbəxlə studio görnüşündə birləşdirilib, əlavə olaraq yataq otağı və uşaq otağı mövcuddur.
Mənzilin sənədi çıxarışdır (kupça). Satış ipoteka şərtləri ilə mümkündür:
•İlkin ödəniş: 66 500 AZN
•Aylıq ödəniş: 461 AZN
•Qalıq müddət: 16 il 6 ay
•Faiz dərəcəsi: 7%
Nağd satış qiyməti: 120 500 AZN.
Mənzil əşyasız satılır. Yalnız müasir mətbəx mebeli və kombi sistemi qalır.
Kompleksin yerləşməsi çox əlverişlidir. Ətrafında iri marketlər, məktəb, uşaq bağçası, aptek, ictimai nəqliyyat dayanacaqları və müxtəlif iaşə obyektləri mövcuddur. Bütün zəruri infrastruktur piyada məsafəsindədir.
Xidmət haqqı nağd satış dəyərinin 1 faizini təşkil edir.
