Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında, torpaq sahəsi 1.2 sot, ümumi sahəsi 120 kv/m olan, 5 otaqlı həyət evi satışdadır. Sənəd (paket Kupça) Çıxarışdır. İpotekaya yararlıdır. Ev 2 mərtəbəli olub, hər mərtəbədə mətbəx və sanuzel var. Hər mərtəbənin girişi ayrıdır. Qaz, su, işıq, internet təminatı daimidir. İstilik sistemi kombidir, əlavə olaraq 1-ci mərtəbə yerdən isitmə ilə təchiz olunub. Kondisioner sisteminin mövcudluğu da evi həm yay, həm də qışda yaşam üçün əlverişli edir. Həyətində 1 maşınlıq qaraj hissəsi nəzərdə tutulub. Əsas yola 150 metr məsafədə yerləşir, infrastruktur cəhətdən əhatəsində yaşam üçün zəruri bütün imkanlar mövcuddur. Tam əşyalı satılır, evdən heç nə götürülməyəcək.
