Abşeron rayonu, Görədil qəsəbəsi, sürət qatarı stansiyasına 5 dəqiqəlik məsafədə, torpaq sahəsi 7 sot, tikili sahəsi 200 kv/m olan, yarım tikili həyət evi satılır. Torpağın sənədi (Kupça) Çıxarışdır. Qaz, su, işıq və internet xətləri yanından keçir. Ev 2 mərtəbəli olub, hər tərəfdən qoşa daşla, mərtəbə arası monolit betonla inşa olunub. 2 metr hündürlüyündə zirzəmiyə sahibdir. Bir sözlə özünə tikilən evdir. 1-ci mərtəbə 1 qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olub, 2-ci mərtəbədə 4 yataq otağı ilə təmin olunmuşdur. Əlavə olaraq əsas yola və avtobus dayanacağına 1 dəqiqə, məktəbə 3 dəqiqəlik piyada məsafəsindədir.
