Abşeron rayonu, Görədil qəsəbəsi ərazisində, su idarəsi və məktəbin yaxınlığında yerləşən, dəniz panoramalı həyət evi satılır. Əmlak 7 sot torpaq sahəsində inşa olunmuş, ümumi tikili sahəsi 110 kv/m-dir. Sənədi orderdir.
Ev bütün kommunal xətlərlə – qaz, su, işıq və internetlə daim təmin olunub. Həyətinə 4–5 avtomobil rahatlıqla daxil ola bilir. Məhəllə təhlükəsiz, sakit və səliqəlidir, qonşular mehribandır.
Yerləşmə baxımından əlverişli mövqedədir. Məktəbə və avtobus dayanacağına piyada 2 dəqiqəlik məsafədədir. Sürət qatarı stansiyasına 10 dəqiqə, dənizə isə avtomobillə 3 dəqiqə ərzində çatmaq mümkündür. Evin yaxınlığından Azadlıq metrostansiyası, Xırdalan və Sumqayıt istiqamətində marşrut xətləri fəaliyyət göstərir.
Ətraf ərazidə 7/24 market, poçt, aptek, məktəb və bağça kimi yaşayış üçün vacib infrastruktur mövcuddur. Həm daimi yaşayış, həm də istirahət üçün əlverişli seçimdir.
