Görədil qəsəbəsində, sürət qatarı stansiyasına cəmi 2 dəqiqəlik məsafədə yerləşən, 10 sot torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 120 kv/m olan, 2 evin birləşməsindən ibarət həyət evi satışdadır. Torpağın sənədi kupça (çıxarış)dır. Qaz, su, işıq və internet təminatı daimidir.
Əmlakın sürət qatarına yaxın yerləşməsi Bakı və Sumqayıt istiqamətinə rahat və sürətli gediş-gəliş imkanı yaradır. Eyni zamanda ev dənizə birbaşa panoramaya malikdir ki, bu da həm yaşayış, həm də istirahət üçün əlavə üstünlük verir.
Əmlaka baxış keçirmək, ətraflı məlumat almaq üçün əlaqə saxlaya bilərsiniz.
