Mənzildə 2 balkon və 2 sanitar qovşaq mövcuddur. Sahə çıxarışda qeyd olunan sahədir, real sahə xeyli üzərindədir. Mənzilin çıxışında 6m2 sahəsi olan "kladovka" düzəldilib və içəridə polkalar yığılıb (əlavə sahə). Binanın mərtəbələrdəki döşəməsi mərmərdir və hər blokun geniş ərazisi var. Binanın üç lifti vardır, biri yük olmaqla. Binanın altında Araz market fəaliyyət göstərir və yaxında Yasamal parkı vardır. Həyətə böyük parking yeri var və çox vaxt maşın saxlamağa yer olur. Əks halda binanın altındakı parking yerlərində münasib qiymətə parking icarə etmək və ya əldə etmək mümkündür.
!!!QEYD: Hazır ipoteka deyil. Evi almaq istəyən şəxs dövlət ipotekası üçün BANKA və ya FONDA müraciət etməlidir, aylıq ödənişlər banka ödənilir. İlkin və aylıq ödəniş təxminən aşağıdakı kimi hesablanacaq. İlkin ödəniş 15% üzərindən hesablanıb.
