Nəsimi rayonu, Memar Əcəmi metrosunun yaxınlığı, Zərifə Əliyeva adına Göz Klinikasının yanında, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 50 kv/m olan, 2 otaqlı, tam təmirli, yeni əşyalı mənzil kirayə verilir. Qaz, su, işıq daimidir. İstilik sistemi kombidir. İnfrastruktur baxımından çox əlverişli ərazidə yerləşir. Yaxınlıqda 24 saat fəaliyyət göstərən market, aptek, digər iaşə obyektləri və məktəb, bağça mövcuddur. Mənzil uzunmüddətli kirayə verilir.
