Xətai rayonu, Xətai metrosunun yanında, yeni tikili, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində, ümumi sahəsi 88 kv/m olan, 2 otaqdan 3 otağa düzəlmə mənzil satılır. Sənəd (KUPÇA) Çıxarışdır. İpotekaya yararlıdır. Lift 15-ci mərtəbəyə qalxır, 1 mərtəbə pilləkəndən istifadə edilir. Binanın 2 ədəd “Sigma” markalı sürətli lifti; şlaqbaunla ayrılmış, 7/24 mühafizə olunan geniş həyəti; həyətində uşaq oyun meydançası və yeraltı qarajı mövcuddur. İnfrastruktur cəhətdən çox əlverişli və mərkəzi yerləşmədədir. Metroya piyada 3 dəqiqəlik məsafədədir. Əhatəsində məktəb, bağça, marketlər, mağazalar, çoxsaylı iaşə obyektləri və yaşayış üçün bütün mühüm imkanlar var.
