İpotekaya yararlı mənzil axtaranların nəzərinə!
Bakı şəh, Xətai ray, Əhmədli m.st, Sarayevo küçəsində yerləşən, Kiyev proyektli, 9 mərtəbəli binanın, 6-cı mərtəbəsində, ümumi sahəsi 60 kv.m təşki edən, qanuni 2 otaqlı, yaxşı təmirli mənzil satılır. Mənzil orta blokda yerləşir, eyvan var və yelçəkən mənzildir. Mənzilin təmiri yaxşı və yenidir. Hamam otağı və sanitar qovşağı ayrı-ayrılıqdadır. Bütün sanitar boruları dəyişdirilib. Otaqlara giriş ayrıdır. Ümumilikdə ev geniş, işıqlı və gün görəndir. İstilik sistemi mərkəzidir eyni zamanda kombi ilə təchiz edilib. Döşəmə isti döşəmədir. Qaz, su, işıq, internet, bir sözlə bütün kommunallar mövcutdur. Əlavə olaraq su çəni mövcutdur. Kondisioner var. Sənədi (KUPÇA) Çıxarışdır. Mənzil ipotekaya yararlıdır. Binanın geniş və abad məhəlləsi, lifti və mehriban qonşuları var. Həmçinin bina infrastruktur baxımdan çox ideal ərazidə yerləşir. Yaxınlığında məktəb, baxça, park, bazar, marketlər və s. digər iaşə obyektləri mövcutdur. Mənzil həm əşyalı, həmdə əşyasız satıla bilər.
Real alıcılar, mənzilə yerində baxış etmək üçün əlaqə saxlaya bilər.
Şirkətin xidmət haqqı, mənzilin ümumi dəyərinin 1%-ni təşkil edir.
