Əla Təklif
Bakı şəh, Nizami ray, Neftçilər m.st, C.Naxçıvanski küçəsində yerləşən, Minsk lahiyəli, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, ümumi sahəsi 37 kv.m təşkil edən, 1 otaqdan 2 otağa ideal şəkildə düzəldilmiş mənzil satılır. Mənzilin təmiri əladır və əşyaları ilə birlikdə satılır. Hər 2 otaq güngörən, işıqlı və genişdir. Otaqlar iç-içə deyil, ayrıdır. Yelçəkən mənzildir. Qazı, suyu, işığı, interneti, telefonu, bir sözlə bütün kommunalları mövcutdur. İstilik sistemi kombidir. Kondisioner var. Mənzilin ponaraması parkadır. Evdə qətiyyən nəmişlik yoxdur. Metroya piyada məsafəsi 7-8dəqiqədir. Sənədi (KUPÇA) Çıxarışdır. İnvestitsiya məqsədli əla təklifdir. Bina infrastruktur cəhətdən çox gözəl ərazidə yerləşir. Yaxınlığında park, məktəb, baxça, bazar, marketlər, restoranlar, salonlar və digər iaşə obyektləri mövcutdur.
Mənzil ilə bağlı əlavə sual olarsa və ya mənzilə yerində baxış etmək üçün əlaqə saxlaya bilərsiniz.
Şirkətin xidmət haqqı, mənzilin ümumi dəyərinin 1%-ni təşkil edir.
