Xətai rayonu, Vunq-Tau küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti 23 ünvanında qanuni 3 otaq, yeni təmirli Leninqrad layihəli mənzil satılır. Öz evimdir, çıxarış var və qeydiyyatda heç kim yoxdur. Poliklinika ilə Fəridə şadlıq evinin yanı, əsas yola yaxın, 9 mərtəbəli binanın 2-ci mərtəbəsi, orta blok, yelçəkəndir. Həyət yaşıllıqdır, qonşular mədəni və mehribandır.
Mənzil yeni təmirdən çıxıb və yaşayış olmayıb. Balkonların arası açılıb, otaqlar genişləndirilib, ümumi sahə 85 kv. Təmir zamanı keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Elektrik xəttləri tam yenilənib, yeni tok sistemi çəkilib. Uzun balkonlar bağlanıb və otaqlara qatılıb, türk plastik pəncərələri quraşdırılıb. Otaqlar əla təmirlidir, döşəmə yeni şam ağacıdır, otaq qapıları qalın MDF-dir. Hamam-tualet türk Çanaqqala kafelidir. Rusiyanın Bunker zavodunun qalın seyf qapısı qoyulub. Bahalı lüstürlər asılıb.
Qaz, su, işıq daimidir. İstilik sistemi kombidir.
Metroya piyada 10 dəqiqəlik məsafədədir. Yeni kombi aparatı keyfiyyətli şəkildə quraşdırılıb.
Qiymət: 185,000 AZN
Ofisin xidmət haqqı 1% təşkil edir!!!
