Əla qiymət və əla təklif.
Xətai rayonu, Həzi Aslanov m.st, Nargilənin yaxınlığında yerləşən, Brejnevka lahiyəli, 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində, ümumi sahəsi 48 kv.m təşkil edən, qanuni 2 otaqlı mənzil satılır. Mənzil orta təmirlidir. Qaz, su, işıq, internet, bir sözlə bütün kommunallar mövcuddur. İstilik sistemi kombidir. Kondisioner var. Otaqlara giriş ayrı ayrılıqdadır. Hər iki otaq geniş, işıqlı və gün görəndir. Sanitar qovşaqları ayrıdır. Yataq otağından eyvana çıxışı var. Yelçəkən mənzildir. Mənzili investisiya məqsədlidə alıb, aylıq kirayəyə verə bilərsiniz. Əşyalar danışıq edilə bilər. Bina infrastruktur cəhətdən çox yaxşı ərazidə yerləşir. Yaxınlıqda park, xəstəxana, məktəb, baxça, restoran, marketlər və s. digər iaşə obyektləri mövcutdur. Sənədi (KUPÇA) Çıxarışdır. Binanın dam örtüyü yenidən təmir olunub. Evdə nəmişlik yoxdur. Tavan yüksəkliyi 2.80 metr təşkil edir.
Real maraqlanan şəxslər və ya mənzilə yerində baxış etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.
Şirkətin xidmət haqqı, mənzilin dəyərinin 1%-ni təşkil edir.
