Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon Sərv MTK yaşayış kompleksində 18 mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 70 kv olan, tam təmirli 1 otaqdan 2 otağa düzəlmə, çox səliqəli şəkildə təmir olunmuş mənzil satılır. Binanın geniş həyəti və uşaqlar üçün oyun ərazisi var, eyni zamanda yaxınlığında 2 məktəb, liseylər, aptek və restoran kafelər yerləşir, binanın altında Araz market var. Yaşam strukturu çox yüksək səviyyədə olan binalardan biridir. Qiymət başlanğıc olaraq 195000 Azn təyin olunub, real alıcıya isə təbii ki, endirim olunacaq. Həmçinin Azadlıq və Dərnəgül metrosuna da yaxındır, Dərnəgül metrosuna 7-8 dəqiqə, Azadlıq metrosuna 10-15 dəqiqə məsafədədir.