Hazır İpoteka!!! Təcili satılır
İlkin ödəniş 54.000 azn
Bakı Müasir yaşayış kompleksində, 10 mərtəbəli binanın 6-cı mərtəbəsində yeni elit, sakit binada qanuni 3 otaqlı 110 kv.m sahəli mənzil satılır. 2 yataq otağı, 1 zal və 1 mətbəx.2 ədəd balkonu var. Mənzildə 2 ədəd Hamam-tualet var, biri yataq otağında, digəri isə ümumi istifadə üçün. Və əlavə paltaryuyan və digər məqsədlər üçün balaca bir otaq da var. Mənzil tam təmirlidir, gir-yaşa mənzildir. Təmirdən sonra az yaşayış olub. Qaz, su, işıq xətləri və sayğacları, kombi sistemi və otaqlara ratoatorlar quraşdırılıb, hər biri işlək vəziyyətdədir. İnteryer müasir dəbə uyğun təmir edilmişdir. Mənzilin hamamında duş kabina yerləşdirilmişdir. Yeni alınmış mebellər, yeni mətbəx mebeli, soyuducu, 109 ekran smart Televizor, paltaryuyan, pərdələr, yəni bütün əşyalarla bir yerdə satılır. Kondisioner yoxdur bir tək. Mənzil əsas prospektə baxır, önündə bina yoxdur yəni. Binanın həyəti təmiz, səliqəlidir. Maşınların saxlanılması üçün hər binanın qarşısından parking yerləri ayrılmışdır.
Düz yaxınlıqda sürət qatarı, avtobus (marşrut) xətləri – bütün nəqliyyat infrastrukturu mövcuddur. Məmmədli dəmir yolu stansiyasından 28 MAY stansiyasına sürət qatarı ilə cəmi 20 dəqiqəlik yoldur. Binanın həyətində böyük supermarket, geniş ailəvi restoran, yaxınlıqda isə bağça, məktəb yerləşir. Bina yay aylarında əlverişli olan Pirşağı, Nardaran çimərliklərinə gedən trasın üstündə yerləşir.
İlkin ödəniş 54.000 AZN. Hal-hazırda 4% faizli ipotekadır. Aylıq ödəniş 773 AZN. 22 il 10 ay ödənişi qalıb.Bu günə qalıq məbləğ 141535 azn. Maraqlı olan şəxslərə videogörüntü ata bilərəm. Rəsmi maaş alan (800-1000 azn arası, çox olsa ziyanı yoxdu) şəxslər və ya VÖEN ilə gəliri olan şəxslər ala bilər.Mənzilin ÇIXARIŞI (KUPÇASI) var.
İlkin ödənişdə endirim olacaq.
Makler deyiləm, ev sahibiyəm.
Bakı, Bakı Müasir Yaşayış Kompleksi Abşeron r. Məmmədli q.