Hazır ipoteka! Rəsmi gəlir və ya VÖEN tələb olunur!
Bakı şəhəri, Abşeron rayonu, Zabrat-Kürdəxanı şossesinin kənarında, Məhəmmədli dairəsinin yanında yerləşən yeni tikili yaşayış kompleksində 10 mərtəbəli binanın 10-cu mərtəbəsində (mansard deyil lift qalxır , üzərində mansard sahəsi var) sahəsi 73 kv.m. olan 2 otaqlı mənzil satılır. Mənzilin 2 tərəfə də baxışı var. Mənzil İpoteka və Kredit Zəmanət Fondunun satışa çıxardığı güzəştli kirayə mənzil kateqoriyasına aiddir. Ev sahibi tərəfindən sanitar qovşağın təmiri təmamilə yenilənib, hamam aksesuarları keyfiyyətli materiallarla dəyişdirilib, yataq otağının oboyları yenisi ilə əvəz olunub. Mətbəxt mebeli və kombi sistemi quraşdırılıb və mətbəxə qaz xətti çəkilib, pəncərəsi yenisi ilə əvəz olub (çiftli)və jalüz quraşdırılıb. Mənzil sahibi tərəfindən bloka təhlükəsizlik kamerası quraşdırılıb və telefonla hər dəqiqə izələmək mümkündür.Hollda paltar şkafı yığılıb. İstilik sistemi kombidir. Qaz, su, işıq daimidir. Bütün sayğaclar quraşdırılıb. Kupça (çıxarış) var. Qeydiyyata düşmək mümkündür. Daimi işlək lift mövcuddur. Sürət qatarı stansiyasına ayaqla 12-15 dəqiqəlik məsafədədir. Binanın 1-ci mərtəbəsində iri supermarket, aptek, restoran və digər ictimai iaşə obyektləri yerləşir. Yaxınlığında orta məktəb və bağça var.
Mənzil əşyalı və əşyasız satışa təklif olunur. Əşyasız satıldıqda (kondisioner, mətbəxt mebeli, holda yığılan paltar şkafı, pərdələr və lüstrlar qalmaq şərti ilə) ilkin ödəniş 44000 AZN, əşyalı satıldıqda isə (kondisionerdən başqa digər elektronika əşyaları götürülmək şərti ilə) 55000 AZN-ə təklif olunur. Qonaq və yataq otağı mebel dəsti KİLİM markasına məxsusdur. Mənzildə olan bütün əşyalar yenidir , 3 aydır alınıb. Ötürmə oktyabr ayında aktiv olacaq.Hər iki halda oktyabr ayına qədər olan aylıq ödənişlər İLKİN ödənişə daxildir.
İpotekanın qalıq müddəti 22 il 8 aydır. Aylıq ödəniş 520 AZN. İllik faiz dərəcəsi 4 %. Yaşı 47-dək, rəsmi gəliri 550 AZN-dən yuxarı olan istənilən Azərbaycan Respublikası vətəndaşı bu mənzilə sahib ola bilər. Kredit azalan faizlədir. Aylıq ödənişləri qrafikdən əlavə daha çox olduqda bir sıra güzəştlər təqdim olunur. Vasitəçi şirkətin xidmət haqqı 1000 AZN təşkil edir. Xidmət haqqına ipoteka müraciətinin göndərilməsi, rəsmiləşdirilməsi və alqı satqı ilə bağlı bütün hüquqi xidmətlər daxildir. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur.