Məhəmməd Hadi küçəsi, Həzi Aslanov metrosuna piyada 3-4 dəqiqəlik məsafədə yerləşən “Kvadratlar” deyilən ərazidə qanuni 3 otaqlı mənzil satılır.Mənzil, kiyev lahiyəsidir, geniş və işıqlıdır, orta blokdur.2 balkonu var.
Mənzil, tam infrastrukturlu yerdə yerləşir.Ətrafında dövlət və özəl məktəblər və bağçalar, xəstəxanalar, digər strateji obyektlər mövcuddur.Eyni zamanda yaxın aylarda HƏZİ ASLANOV 2 metro stansiyası binanın arxasında açılacaq.GƏNCLƏR PARKINA yaxındır.Binanın arxası parkdır: Uşaq meydançası, idman alətləri və s.
Mənzil özümündür və qeydiyyatda heç kim yoxdur.Uzun illər 300 azn-ə kirayə vermişdim.Maklerlər deyir evi rahatlıqla bu vəziyyətdə 350-400 azn kirayə vermək mümkündür.Şəxsi yaşamaq üçün də yaxşı fürsətdir ki, öz zövqunuzə uyğun təmir etdirə bilərsiniz.
Binanın çox yaxşı mərkəzi istilik sistemi var.Kombi yalnız isti su üçün istifadə olunacaq.İşıq,qaz,su 24 saatdır.
Mənzil, hazır dövlət ipotekasındadır (8% ,aylıq sığorta ilə birlikdə 352 azn).Rəsmi gəliri olan varsa birbaşa adına keçirmək olar.Nağd almaq istəyən olsa özüm bağlayıb bir neçə günə alqı-satqı edə bilərik.