Sizlərə Şüvəlan qəsəbəsində, "Vətən" restoranına yaxın ərazidə, 12 sot torpaq sahəsində yüksək zövq və keyfiyyətlə, modern üslubda inşa olunmuş Bağ Evi təqdim edirik.
Ümumi sahəsi 320 m² olan evin dəhlizi, qonaq otağı, 4 yataq otağı, 5 sanitar qovşağı, 2 garderobu, camaşırxanası və mətbəxi mövcuddur.
Mətbəx mebeli, hamam aksesuarları, pərdələr, çılçıraqlar quraşdırılıb.
Evin istilik sistemi kombidir, ümumi isti döşəmə sistemi ilə təchiz olunub.
Həyətində geniş hovuzu, yay - qış mətbəxi, verandası, qarajı, geniş yaşıllıq ərazisi və müxtəlif növdə dekorativ ağacları var.
Qazı, suyu və işığı daimidir.
Sənədləri tam qaydasındadır, çıxarışı (kupça) var.
Qiymət: 890.000 AZN