Xətai rayonu, Gəncə prospekti “XƏTAİ PARK” Premium yaşayış kompleksində 20 mərtəbəli binanın 16-ci mərtəbəsində 4 otaqlı 155 kv/m yelçəkən, dəniz mənzərəli, QAZ və ÇIXARIŞLI (KUPÇA) təmirsiz mənzil satılır! Tam hazır, təhvil verilmiş, yaşayış olan kompleksdir. Mənzilin xüsusiyyətləri: Bakı şəhərinin gözəl məkanında yerləşən mənzil özünü həm şəhər, həm də səs-küydən uzaq, təmiz havası olan bağ evində hiss etməyə imkan verir. Dəniz sahilindən 2 km məsafədə yerləşir. “?” blokunda yeləşən mənzilin 3 otağı və mətbəxi dəniz və yaşıllıq mənzərəlidir, 1otaq isə Gence Prospektine baxır. Çox ciddi nəzarət altında yüksək keyfiyyətdə inşa olunub, bina “PREZIDENT”aparatı işçiləri üçün tikilib. Rahat və abad kompleksdir. Yaşayış və istirahət üçün bütün imkanları olan layihədir. Mənzil kompleksin ən seçilən binasında, ən seçilən (özəl olaraq seçilib) mərtəbədəsindədir. Mərtəbədə cəmi 4 mənzil var. Mənzilin şəraiti və imkanları: Daimi SU, İŞIQ və QAZla təmin olunub. Bütün sayğacların pulu ödənilib. ÇIXARIŞI (KUPÇA) var! Mənzil gözəl layihə üzrə tikilib, səmərəlidir, geniş və işıqlı otaqlardan ibarətdir. 1 qonaq, 3 yataq, 1mətbəx otağı, 3 sanitar qovşağı və dəhliz nəzərdə tutulub. 1 otaqdan başqa qalanlarından eyvana çıxış var. Mənzilin daxili planlamasını istəyinizə uyğun şəkildə qura, dizayn etdirə bilərsiniz. Kompleks haqqında: Ekoloji cəhətdən təmiz ərazidə “KONTİNENET İNŞAAT” şirkəti tərəfindən tikilib. İnternetdə çox məlumat var. Kompleksin ərazisi daimi mühafizə xidməti, müşahidə kameraları ilə təmin olunub. Mənzilin həyətində uşaqlar üçün oyun meydançası, böyüklər üçün idman meydançası, istirahət zonası, digər tərəfində 4 mərtəbəli yerüstü parkinq var. Binalar arasında 60 metr məsafə var. Kompleksdə fitness klub da fəaliyyət göstərir . Binanın 3 ədəd sürətli (2 sərnişin və 1 yük üçün) müasir lifti var. Domofon sistemi qurulub, internet provayder var, əlavə su çəni və əlavə generator mövcuddur. Ətrafda yerləşən infrastruktur: Ətrafda genş infrastruktur var. Kompleksin girişində geniş BRAVO market, restoranlar, kafelər, inşaat mağazaları, yaxınlıqda digər marketlər o cümlədən ARAZ market, 6 saylı ASAN xidmət və ASAN Kommunal mərkəzi və s. bir çox zəruri obyektlər yerləşir. Heydər Parkı, yeni istifadəyə verilmiş 44 hektarlıq Gənclik Pakı, Dəniz sahili 1,5-2 km məsafədə yerləşir. Kompleksin hasarına bitişik №269 saylı məktəb, bir neçə uşaq baxçası var. Kompleksdən 500 metr radiusda - №249, №245, №86, №48 və №260 nömrəli məktəblər, xəritəyə görə yaxınında №207, №208, №251 saylı uşaq baxçaları var. Nəqliyyat: Avtomobil ilə şəhərin əsas magistral yollarına və prospektlərə qısa vaxtda çıxmaq mümkündür. “Xətai Park” yaşayış kompleksi Həzi Aslanov metro stansiyasına yaxın məsafədədir (950m). Kompleksdən müxtəlif istiqamətlərə avtobuslar gedir, dayanacağı var.
Qiymət: 264000azn.
Xidmət haqqı 1% təşkil edir.