Nərimanov rayonu, Əliyar Əliyev küçəsində Nərimanov metrosuna 10 dəqiqəlik piyada məsafədə, BTİ-nin yanında yeni tikili binada qanuni 3 otaqlı, 2 eyvanlı, xüsusi zövqlə super təmirli və əşyalı mənzil satılır. Binanın 24/7 həm canlı, həm müşahidə kameraları ilə nəzarətdə olan təhlükəsizlik xidməti, hər blokda 3 lifti, həyətində geniş parkı, uşaqlar üçün əyləncə tikililəri, həyətində 3 günlük su ehtiyatı olan su anbarı var. Binanın yerləşməsi çox əlverişlidir. Metrodan 10 dəqiqəlik piyada məsafədə olmaqla, yaxınlığında Dövlət idarələri, təcili yardım və polis bölmələri, restoran, idman kompleksləri, həyətində market, meyvə tərəvəz mağazası, uşaq bağçası, gözəllik salonu, çay evi, restoran və başqa ictimai iaşə obyektləri var. Mənzil 19 mərtəbəli binanın 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi) 135.02 kv.m. sahədən ibarətdir. Təmir zamanı bahalı materiallardan (Kafel metlax ispaniya, parket Türkiyə, divar kağızları Zambaiti Parati, pərdələr Decorina və s.) istifadə olunub. Mətbəx mebeli dəstində BOSCH qabyuyan, SAMSUNG paltaryuyan, BOSCH soyuducu, SAMSUNG TV, GORENJE qaz plitəsi, GORENJE hava çəkən quraşdırılıb. İstilik sistemi kombidir, sanuzellərdə su kranları ECA firmasınındır. Mənzildə split sistemli 3 kondisioner quraşdırılıb. Ev əşyalı satılır və satış qiymətinə yuxarıda sadalananlardan əlavə Türkiyə istehsalı olan Zebrano və Doğtaş markalı qonaq otağı, dəhliz və 1 yataq otağı mebelləri, 1 ədəd LG TV və dəhlizdə yerləşən böyük dekorativ güzgü daxildir. Əşyasız da satış mümkündür. Mənzil küpçalı və ipotekaya yararlıdır. Real alıcıya endirim olacaqdır.
Qiymət: 270000azn.
Xidmət haqqı 1% təşkil edir.